Son dəqiqə
Ölkələr Rusiya ilə əməkdaşlığı bərpa edir: BMT-də yeni vəziyyət Gənclərin ipoteka problemi parlamentə DAŞINIR Hakan Fidan Brüsseldə almaniyalı həmkarı ilə görüşüb Əhaliyə şad xəbər: qaz və işıq limitlərinə yenidən baxılması MÜZAKİRƏ EDİLİR Bakıda 5 milyonluq əmlak sahibindən xəbərsiz söküldü – Amma gör kimi məhkəməyə veriblər! KKTC Prezidenti Erhürman İsveç səfiri ilə Kipr məsələsini müzakirə edib Türkiyə ilə Ermənistan arasında müntəzəm yük uçuşları başladı Hörmüz boğazında gərginlik artır: Tankerlərin minaya düşdüyü bildirildi İrandan ABŞ-la bağlı yeni hərbi iddia: MQM-170 yerə endirildi Ermənilər Nəsimi Musayevin işini məhkəməyə göndərdilər

Heyvandarlıq müəssisələri ekoloji qiymətləndirmədən keçəcək

Cəmiyyət

Ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) aparılacaq heyvandarlıq, quşçuluq və balıqçılıq müəssisələrinin, eləcə də aqroparkların əhatə dairəsi dəqiq müəyyənləşdiriləcək.

Cagdas.az xəbər verir ki, bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanuna dəyişiklik layihəsində nəzərdə tutulub.

Qanuna əlavə edilmiş “Ətraf mühitə təsirin qiymətləndirilməsi tələb olunan fəaliyyət növlərinin siyahısı”nda kənd təsərrüfatı sahəsinə aid layihələr də yer alır.

Hazırda kənd təsərrüfatı məhsullarının istehsalı üzrə ixtisaslaşmış heyvandarlıq və quşçuluq müəssisələrinin layihələndirilməsi, irimiqyaslı kənd təsərrüfatı fəaliyyəti, o cümlədən aqroparkların yaradılması, habelə balıqçılıq və akvakultura təsərrüfatları ƏMTQ tələb olunan fəaliyyət növləri hesab edilir.

Təklif olunan dəyişikliklə siyahının 27-ci maddəsinin yeni redaksiyada verilməsi, 34-cü maddəsinin isə ləğv edilməsi nəzərdə tutulur.

Layihəyə əsasən, ƏMTQ-nin təsir dairəsinə düşəcək heyvandarlıq, quşçuluq və balıqçılıq müəssisələrinin, eləcə də aqroparkların konkret əhatə dairəsi və istehsal hədləri müəyyənləşdiriləcək. Bununla da yalnız qanunda nəzərdə tutulan tutum göstəricilərinə uyğun təsərrüfatların layihələndirilməsi zamanı ətraf mühitə təsirin qiymətləndirilməsi aparılacaq.

Qeyd edək ki, ƏMTQ-nin əsas məqsədi nəzərdə tutulan fəaliyyətin ətraf mühitə və insan sağlamlığına mümkün mənfi təsirlərini əvvəlcədən müəyyənləşdirmək, həmin təsirlərin miqyasını və intensivliyini qiymətləndirmək, eləcə də onların qarşısının alınması və ya azaldılması üçün tədbirlər hazırlamaqdır.\modern.az\