Son dəqiqə
Ölkələr Rusiya ilə əməkdaşlığı bərpa edir: BMT-də yeni vəziyyət Gənclərin ipoteka problemi parlamentə DAŞINIR Hakan Fidan Brüsseldə almaniyalı həmkarı ilə görüşüb Əhaliyə şad xəbər: qaz və işıq limitlərinə yenidən baxılması MÜZAKİRƏ EDİLİR Bakıda 5 milyonluq əmlak sahibindən xəbərsiz söküldü – Amma gör kimi məhkəməyə veriblər! KKTC Prezidenti Erhürman İsveç səfiri ilə Kipr məsələsini müzakirə edib Türkiyə ilə Ermənistan arasında müntəzəm yük uçuşları başladı Hörmüz boğazında gərginlik artır: Tankerlərin minaya düşdüyü bildirildi İrandan ABŞ-la bağlı yeni hərbi iddia: MQM-170 yerə endirildi Ermənilər Nəsimi Musayevin işini məhkəməyə göndərdilər

Türkiyədə liseyə hücum: yaralıların sayı 10-a çatdı – YENİLƏNİB

Cəmiyyət

Türkiyənin Manisa vilayətinin Turgutlu rayonunda lisey qarşısında silahlı hücum olub.

Cagdas.az  xəbər verir ki, hadisə Albayrak məhəlləsində yerləşən İnci Üzmez Peşə və Texniki Anadolu Liseyinin qarşısında baş verib.

Türkiyə mediasının son məlumatına görə, hücum nəticəsində yaralanan şagirdlərin sayı 10-a çatıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Hücumda şübhəli bilinən H.O.-nun 2011-ci il təvəllüdlü, 15 yaşlı 9-cu sinif şagirdi olduğu müəyyənləşib. Məlumata əsasən, yeniyetmə məktəbə ov tüfəngi ilə gələrək aralarında ədavət olan şagirdlərə atəş açıb.

Şübhəlinin hadisədən bir gün əvvəl məktəbdə dava etdiyi bildirilir. İlkin araşdırmalar hücumun terror aktı kimi planlaşdırılmadığını, şəxsi münaqişə zəminində törədildiyini göstərir.

Atəş açmaqda şübhəli bilinən yeniyetmə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Hadisə yerinə çox sayda polis və təcili tibbi yardım briqadası cəlb olunub. Silah səslərindən sonra şagirdlərin valideynləri məktəbin ətrafına toplaşıblar.

Hadisə ilə bağlı istintaq davam etdirilir. İlkin məlumatlarda 5 şagirdin yaralandığı və bir nəfərin öldüyü bildirilsə də, son məlumatlarda ölüm faktı təsdiqlənməyib. Şübhəlinin saxlanılması rəsmi mənbələr tərəfindən də açıqlanıb.

10:21

Türkiyənin Manisa əyalətinin Turqutlu rayonunda naməlum şəxs lisey qarşısında atəş açaraq bir neçə şagirdi yaralayıb.

Cagdas.az “Sözcü Gazetesi”nə istinadən xəbər verir ki, ilkin məlumata görə, atışma nəticəsində 5 şagird yaralanıb, 1 nəfər isə həyatını itirib.

Hadisə İnci Üzməz Peşə və Texniki Anadolu Liseyinin qarşısında baş verib.

Əraziyə çoxsaylı polis və tibb qrupları göndərilib.\modern.az\