Son dəqiqə
Kişiləri qadınlarda nə cəlb edir? – Məsələ təkcə görünüşdə deyil Havasını çıxartdınız, amma radiator yenə soyuqdur? – Bu kiçik detalı yoxlayın Təhlükəli virus yenidən qayıdır? – Yoluxanların hamısı kişilərdir Azərbaycanda ezamiyyətlə bağlı qaydalar dəyişdi – ödənişlərə təsir edəcək? Pensiya, təqaüd və sosial yardımlar BU TARİXDƏ ÖDƏNİLƏCƏK 12 oktyabrda HAVA BELƏ OLACAQ Məktəbli uşağı olan şəxslərə ŞAD XƏBƏR – Nazirlik AÇIQLADI Yatmazdan əvvəl yemək qəbul etmək sirroz riskini 28% artırır Sarımsaq qadınları ram etməyə kömək edirmi? – ARAŞDIRMA Şahzadə Harri bu etiraflarına görə 100 min dollar qazandı
Reklam
Reklam

Montella Türkiyə millisindən çıxarıldı

İdman

Türkiyə Futbol Federasiyası (TFF) milli komandanın baş məşqçisi Vinçenzo Montella ilə yolların ayrıldığını elan edib.

Cagdas.az  xəbər verir ki, bu barədə qurum məlumat yayıb.

Bildirilib ki, bu gün TFF İdarə Heyətinin növbədənkənar iclası keçirilib və 5 rəhbər şəxsin istefa verdiyi toplantıda italyan mütəxəssis Montella ilə əməkdaşlığa xitam verilməsi qərara alınıb.

“Türkiyə Futbol Federasiyası İdarə Heyəti bugünkü iclasında növbəti seçkili baş assambleya tarixinə qədər vəzifəsini davam etdirmək qərarına gəlib. İstefa edən iki idarə heyəti üzvünün yerinə İbrahim Özbay və Metin Akyüz təyin olunub. A Milli Komandanın baş məşqçisi cənab Vinçenzo Montella ilə yola davam etməmək qərarı verilib. Həmçinin, istefa verən Baş katib Abdulla Ayazın yerinə Əhməd Ərzurumlu təyin olunub”, – deyə TFF-nin rəsmi internet saytından verilən bəyanatda qeyd olunub.

Xatırladaq ki, FIFA 2026 Dünya Çempionatından kənarda qaldıqdan sonra Türkiyə millisi UEFA Millətlər Liqasında oynadığı 4 matçın hamısında da məğlub olmuşdu.\modern.az\