Son dəqiqə
Azərbaycanda ezamiyyətlə bağlı qaydalar dəyişdi – ödənişlərə təsir edəcək? Pensiya, təqaüd və sosial yardımlar BU TARİXDƏ ÖDƏNİLƏCƏK 12 oktyabrda HAVA BELƏ OLACAQ Məktəbli uşağı olan şəxslərə ŞAD XƏBƏR – Nazirlik AÇIQLADI Yatmazdan əvvəl yemək qəbul etmək sirroz riskini 28% artırır Sarımsaq qadınları ram etməyə kömək edirmi? – ARAŞDIRMA Şahzadə Harri bu etiraflarına görə 100 min dollar qazandı Oktyabr 4 BÜRCƏ qeyri-adi uğur gətirəcək Daşqınlar, dəhşətli isti və yanğınlar: 2027-ci ildə hansı ölkələr təbii fəlakətlərlə üzləşəcək? ŞAD XƏBƏR – Bu şəxslərə lotoreya ilə evlər veriləcək
Reklam
Reklam

Trampdan Zelenskiyə daha bir İTTİHAM: Sövdələşmədən imtina edir

Dünya

ABŞ prezidenti Donald Tramp Rusiya və Ukrayna arasındakı müharibə ilə bağlı növbəti bəyanatla çıxış edərək Ukrayna rəhbərliyinin mövqeyini tənqid edib.

Çağdaş.Az xəbər verir ki, Tramp jurnalistlərə bildirib ki, Rusiya lideri Vladimir Putin münaqişənin həllini “çox istəyir”.

Trampın sözlərinə görə, Ukrayna prezidenti Volodimir Zelenski daha əlverişli razılaşma əldə etmək imkanını əldən verib.

“Əgər o, iki il əvvəl sövdələşmə bağlasaydı, onun üçün daha yaxşı olardı”, — deyə ABŞ prezidenti qeyd edib.

Tramp bir daha vurğulayıb ki, bu müharibə ümumiyyətlə başlamamalı idi və onun prezidentliyi dövründə bu, baş verməzdi.

Putin haqqında danışan Tramp həmçinin diqqətə çatdırıb ki, Rusiya dünya bazarına aşağı qiymətlərlə böyük həcmdə neft çıxarır.