Son dəqiqə
Türkiyədə sosial şəbəkələrlə bağlı QƏRAR: 15 yaşdan kiçiklərə TAM QADAĞA QOYULDU Türkiyənin kəşf edilməmiş turizm incisi: HƏR DAŞI BİR TARİX DANIŞAN MUZEY Məktəblərlə bağlı yeni qaydanın əsas səbəbi: “Bunun qarşısı alınmalıdır” Türkiyədən Azərbaycanla bağlı BƏYANAT Banklar bu şəxslərə kredit verməyəcək Həbs edilən Elvin Mahmudzadə 3 il öncə hansı cinayəti törətmişdi? – MARAQLI DETALLAR Dövlət Komissiyasının yeni tərkibi müəyyənləşdi – SƏRƏNCAM Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ – YENİ QAYDA Qadını şantaj edən gənc həbs OLUNDU Bu şəxslərə verilən pulun məbləği artırıldı – 470 manat alacaqlar
Reklam
Reklam

Məktəblərlə bağlı yeni qaydanın əsas səbəbi: “Bunun qarşısı alınmalıdır”

Cəmiyyət

“Azərbaycanın dünyəvi dövlət modeli ölkənin konstitusion quruluşunun, ictimai münasibətlər sisteminin və müasir inkişaf strategiyasının mühüm əsaslarından biridir. Bu modelin mahiyyəti dini dəyərlərin inkarında deyil, dövlətin dinə münasibətdə hüquqi mövqeyinin müəyyənləşdirilməsində, bütün dini etiqadların qanun qarşısında bərabərliyinin və vicdan azadlığının təmin edilməsində ifadə olunur”.

Çağdaş.Az xəbər verir ki, bu sözləri Globalinfo.az-a politoloq Aytən Qurbanova deyib.

Politoloq bildirib ki, Azərbaycan Respublikası Konstitusiyasının 18-ci maddəsinə əsasən, din dövlətdən ayrıdır və dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır:

“Konstitusiyanın 48-ci maddəsi isə hər kəsin vicdan azadlığını, istədiyi dinə etiqad etmək və ya heç bir dinə etiqad etməmək hüququnu təsbit edir. Bu müddəalar bir-birinə zidd deyil, əksinə, dövlət-din münasibətlərinin hüquqi çərçivəsini tamamlayır.

Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda, məktəblərdə geyim qaydaları ətrafında aparılan müzakirələrə də hüquqi və prinsipial yanaşmaq lazımdır. Dövlət ümumi təhsil müəssisəsi yalnız bilik verilən məkan deyil, eyni zamanda uşaqlarda dünyagörüşünün, sosial məsuliyyətin və qanuna hörmətin formalaşdığı ictimai mühitdir. Burada müəyyən edilən qaydalar təhsil prosesinin təşkili və vahid məktəb mühitinin qorunması məqsədi daşıyır. Həmin qaydalara riayət olunması tələbi özlüyündə dini etiqada qarşı münasibət kimi təqdim edilməməlidir.

Ayten Qurbanova 1532 900x614 1

Aytən Qurbanova

Bu məsələnin ictimai müzakirəsində emosional yanaşmaların və yanlış müqayisələrin qarşısını almaq xüsusilə vacibdir. Dünyəvilik dini inancların cəmiyyətdən kənarlaşdırılması deyil, əksinə təhsil siyasətinin dini göstərişlərdən deyil, hüquqi prinsiplərdən və dövlətin müəyyən etdiyi ümumi qaydalardan çıxış etməsidir. Nəticə etibarilə, Azərbaycanın dünyəvi dövlət modelinin qorunması həm vicdan azadlığına hörməti, həm də qanunla müəyyən edilmiş təhsil qaydalarına əməl olunmasını tələb edir. Bu iki prinsip arasında qarşıdurma yaratmaq əvəzinə, onların hüquqi mahiyyətini cəmiyyətə düzgün izah etmək lazımdır. Çünki dünyəvi təhsil yalnız normativ tələb deyil, eyni zamanda bilik, bərabərlik, müstəqil düşüncə və ortaq vətəndaşlıq məsuliyyəti üzərində qurulan təhsil mühitinin əsas şərtlərindən biridir”.