Son dəqiqə
Türkiyədə sosial şəbəkələrlə bağlı QƏRAR: 15 yaşdan kiçiklərə TAM QADAĞA QOYULDU Türkiyənin kəşf edilməmiş turizm incisi: HƏR DAŞI BİR TARİX DANIŞAN MUZEY Türkiyədən Azərbaycanla bağlı BƏYANAT Banklar bu şəxslərə kredit verməyəcək Həbs edilən Elvin Mahmudzadə 3 il öncə hansı cinayəti törətmişdi? – MARAQLI DETALLAR Dövlət Komissiyasının yeni tərkibi müəyyənləşdi – SƏRƏNCAM Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ – YENİ QAYDA Qadını şantaj edən gənc həbs OLUNDU Bu şəxslərə verilən pulun məbləği artırıldı – 470 manat alacaqlar Uşaqları ölümə aparan infeksiya ilə bağlı xəbərdarlıq
Reklam
Reklam

Türkiyədən Azərbaycanla bağlı BƏYANAT

Dünya

Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsi nəzdində fəaliyyət göstərən Dezinformasiya ilə Mübarizə Mərkəzi (DMM) Azərbaycanla bağlı bəyanat yayıb.

Çağdaş.Az xəbər verir ki, Azərbaycan və Türkiyə arasındakı strateji tərəfdaşlığı qorumaq məqsədi daşıyan bəyanatda deyilir:

“Bəzi beynəlxalq media orqanlarında və sosial media şəbəkələrində Türkiyə ilə Azərbaycan arasındakı sarsılmaz bağları, strateji müttəfiqliyi və “Bir millət, iki dövlət” anlayışını hədəf alan qərəzli və məqsədyönlü materiallar aşkar edilib.

Sözügedən paylaşımlar iki dost və qardaş ölkə arasındakı köklü münasibətlərə zərər vurmağı, regional sülh və sabitliyi pozmağı hədəfləyən açıq-aşkar manipulyasiya əməliyyatıdır.

Türkiyə və Azərbaycan; ortaq tarix, mədəniyyət və sarsılmaz qardaşlıq təməli üzərində yüksələn münasibətlərini hər sahədə qətiyyətlə davam etdirir. İki ölkə arasındakı strateji tərəfdaşlıq, atılan ortaq addımlar və həyata keçirilən əməkdaşlıqlar barədə manipulyativ iddialarla ictimaiyyəti çaşdırmaq cəhdləri məqsədinə çatmayacaqdır.

İctimaiyyətdən bu növ psixoloji müharibə məqsədli materiallara etibar etməməsi; yalnız rəsmi qurumlar tərəfindən edilən bəyanatları rəhbər tutması mühüm dərəcədə xahiş olunur”./Bakupost.az/