Son dəqiqə
Türkiyədə sosial şəbəkələrlə bağlı QƏRAR: 15 yaşdan kiçiklərə TAM QADAĞA QOYULDU Türkiyənin kəşf edilməmiş turizm incisi: HƏR DAŞI BİR TARİX DANIŞAN MUZEY Türkiyədən Azərbaycanla bağlı BƏYANAT Banklar bu şəxslərə kredit verməyəcək Həbs edilən Elvin Mahmudzadə 3 il öncə hansı cinayəti törətmişdi? – MARAQLI DETALLAR Dövlət Komissiyasının yeni tərkibi müəyyənləşdi – SƏRƏNCAM Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ – YENİ QAYDA Qadını şantaj edən gənc həbs OLUNDU Bu şəxslərə verilən pulun məbləği artırıldı – 470 manat alacaqlar Uşaqları ölümə aparan infeksiya ilə bağlı xəbərdarlıq
Reklam
Reklam

Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ – YENİ QAYDA

Dünya

Rusiya hökuməti 2027-ci ildə xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə veriləcək müvəqqəti yaşamaq icazələrinin sayını 3 010 olaraq müəyyənləşdirib.

Çağdaş.Az xəbər verir ki, bununla bağlı hökumət qərar qəbul edib. Sənədə əsasən, ehtiyat kvota çərçivəsində nəzərdə tutulan icazələrin sayı da azaldılıb. Belə ki, bu göstərici 1 140-dan 900-ə endirilib.

İcazələrin ən böyük hissəsi Moskva şəhəri və Moskav vilayəti üçün ayrılıb. Paytaxtda 500, Moskva vilayətində isə 250 nəfərin müvəqqəti yaşamaq icazəsi alması nəzərdə tutulur.

Digər regionlarda da kvotalara dəyişiklik edilib. Sankt-Peterburq üçün ayrılan icazələrin sayı 100-dən 50-yə, Leninqrad vilayəti üzrə isə 50-dən 25-ə salınıb.

Ən aşağı kvota Yəhudi Muxtar Vilayəti, Tuva və Xakasiya respublikaları, eləcə də Kostroma vilayəti üçün müəyyənləşdirilib. Bu ərazilərin hər birinə beş icazə ayrılıb.

Rusiyada müvəqqəti yaşamaq icazələri üzrə kvota hər il regional hakimiyyət orqanlarının təklifləri əsasında təsdiqlənir. Qərar qəbul edilərkən miqrasiya vəziyyəti və ölkənin ayrı-ayrı regionlarının iqtisadi şəraiti nəzərə alınır./Ajans.az/