Son dəqiqə
Türkiyədə sosial şəbəkələrlə bağlı QƏRAR: 15 yaşdan kiçiklərə TAM QADAĞA QOYULDU Türkiyənin kəşf edilməmiş turizm incisi: HƏR DAŞI BİR TARİX DANIŞAN MUZEY Türkiyədən Azərbaycanla bağlı BƏYANAT Banklar bu şəxslərə kredit verməyəcək Həbs edilən Elvin Mahmudzadə 3 il öncə hansı cinayəti törətmişdi? – MARAQLI DETALLAR Dövlət Komissiyasının yeni tərkibi müəyyənləşdi – SƏRƏNCAM Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ – YENİ QAYDA Qadını şantaj edən gənc həbs OLUNDU Bu şəxslərə verilən pulun məbləği artırıldı – 470 manat alacaqlar Uşaqları ölümə aparan infeksiya ilə bağlı xəbərdarlıq
Reklam
Reklam

Uşaqları ölümə aparan infeksiya ilə bağlı xəbərdarlıq

Cəmiyyət

5 yaşınadək uşaqlar üçün ciddi təhlükə yaradan Hemofilus influenza tip b (Hib) bakteriyası meningit, pnevmoniya və sepsis kimi ağır xəstəliklərə səbəb ola bilər. Hib peyvəndi uşaqları bu infeksiyanın yaratdığı təhlükəli fəsadlardan qorumağın effektiv vasitələrindən biridir.

Çağdaş.Az “Yeni Sabah”a istinadən xəbər verir ki, hava-damcı yolu ilə yayılan Hib infeksiyası beyin qişalarının iltihabına (meningit), kəskin pnevmoniyaya, qan dövranı infeksiyalarına (sepsis) və boğaz nahiyəsində təhlükəli şişməyə səbəb ola bilər. Bu xəstəliklər əlillik və hətta ölümlə nəticələnə bilər.

Azərbaycanda Hib komponenti milli peyvənd təqviminə daxildir. Peyvənd uşaqlara beşli və ya altılı kombinə olunmuş peyvəndlərin tərkibində vurulur. Tam immunitetin formalaşması üçün körpələrə 2, 3 və 4 aylığında olmaqla üç doza peyvəndin vurulması tövsiyə edilir.

Hib peyvəndinin geniş tətbiqi nəticəsində dünyada bu bakteriyanın törətdiyi ağır və ölümcül xəstəliklərin sayı əhəmiyyətli dərəcədə azalıb. Uşaqların peyvənd təqviminə uyğun immunizasiyası onların sağlamlığının qorunmasında mühüm rol oynayır.