Son dəqiqə
BU PENSİYAÇILARIN SAYI KƏSKİN AZALDI – Rəqəmlər və səbəblər açıqladı Qonşu ölkədə xərçəng diaqnozu ikiqat artdı Ürək xəstəliyinin kişilərdə çox vaxt gözardı edilən əlamətləri Putin Trampa verdiyi sözü tutdu – 72 saat ərzində ABŞ-ın şərq sahillərinə… BÜRCLƏRİN pul vərdişləri: qənaət etməyi hamı bacarmır Türkiyədə sosial şəbəkələrlə bağlı QƏRAR: 15 yaşdan kiçiklərə TAM QADAĞA QOYULDU Faydasını eşidənlər ağaclara dırmaşırlar – Qiyməti DODAQ UÇUQLADIR Yer kürəsində maqnit fırtınası başladı NDU-da Beynəlxalq Mədəni Diplomatiya Forumu keçirilib – FOTO Ölkədə kürü istehsalı son 5 ildə 36 dəfə artıb
Reklam
Reklam

Putin Trampa verdiyi sözü tutdu – 72 saat ərzində ABŞ-ın şərq sahillərinə…

Dünya

Rusiyaya məxsus dizel yanacağının ilk partiyası ABŞ-yə yola düşüb.

Çağdaş.Az xəbər verir ki, bu barədə dəniz nəqliyyatı üzrə analitik Mişel Viz Bokman “X” sosial şəbəkəsində məlumat verib.

Onun sözlərinə görə, “bu, çox tez baş verdi”.

Bokman “Windward” analitik şirkətinin məlumatlarına istinadla bildirib ki, dizel yanacağı partiyası yaxın 48–72 saat ərzində ABŞ-ın şərq sahillərinə çatacaq.

Ekspert vurğulayıb ki, 280 min barel yanacaq daşıyan tanker hələ sentyabrın sonunda Sankt-Peterburqdan yola çıxıb, lakin onun təyinat məntəqəsi bu günədək açıqlanmayıb.

“Bu həcmdə yanacağın qlobal çatışmazlığı aradan qaldırması və ya ABŞ-da daxili qiymətlərə əhəmiyyətli təsir göstərməsi çətin görünür”, – Bokman əlavə edib.

Oktyabrın 9-da Rusiya Prezidenti Vladimir Putin və Ağ Evin rəhbəri Donald Tramp arasında telefon danışığı olub. ABŞ lideri söhbəti çox uğurlu adlandıraraq Rusiyanın yaxın vaxtlarda ABŞ-a 300 min tondan çox dizel yanacağı tədarük edəcəyini, həmçinin beynəlxalq bazarlara 500 min ton yanacaq çıxaracağını bildirib. ABŞ Maliyyə Nazirliyi Rusiyadan dizel yanacağının idxalına tətbiq olunan sanksiyaların altı ay müddətinə, aprelin 7-dək dayandırıldığını açıqlayıb.

Ukrayna Prezidenti Volodimir Zelenski bu qərarı tənqid edib. Onun sözlərinə görə, “Moskva ilə aydın və uzunmüddətli gərginliyin azaldılması üzrə razılaşma olmadan ona qarşı sanksiyaların yumşaldılması açıq-aşkar zəiflikdir”./Publika.az/