Son dəqiqə
Onların iş və istirahət vaxtı dəyişdirildi – RƏSMİ Bakıda bu marşrutun bütün avtobusları yenilənir Fənərbaxçadan Aston Villa matçı öncəsi Lukaku açıqlaması Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanılıb – FOTO Lemina Yamal mübahisəsinə son qoydu: “Bu, sadəcə şou idi” Lavrov: ASEAN Rusiyanın Asiyada etibarlı tərəfdaşıdır Azərbaycanla Qırğızıstan arasında avtomobil daşımaları sadələşdirilir Əhalinin gəlirləri artırılmalı, kredit siyasətinə yenidən baxılmalıdır – komitə sədri Sabahın hava proqnozu açıqlanıb “Sabah” – “Slaviya” oyununu bu telekanal yayımlayacaq
Reklam
Reklam

Azərbaycanda vergi ödəyicilərinin sayı artıb

Cəmiyyət

Bu il oktyabrın 1-nə Azərbaycanda 1 729 010 vergi ödəyicisi olub.

Cagdas.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Məlumata görə, bu, ötən il oktyabrın 1-i ilə müqayisədə 4,6 % çoxdur.

Vergi ödəyicilərinin 86,7 %-i fiziki şəxslər, 13,3 %-i hüquqi şəxslər və digər təşkilatlardır. Son 1 ildə fərdi sahibkarların sayı 4,4 %, idarə, müəssisə və təşkilatların sayı isə 5,7 % artıb.

Bu il sentyabrın sonuna qeydiyyatda olan kommersiya qurumlarının sayı isə 1 il əvvələ nisbətən 6,5 % çox – 213 837 vahid təşkil edib.

Sentyabrda 1 208 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların 86 %-i yerli, 14 %-i xarici investisiyalıdır. Kommersiya qurumlarının 83 %-i elektron qaydada qeydiyyata alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin (MMC) elektron qeydiyyatının xüsusi çəkisi 96,6 % təşkil edib.

Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 92,4 %-i MMC formasında yaradılıb