Son dəqiqə
Keçmiş məmurların cəzaları azaldıldı – Azadlığa çıxırlar Azərbaycanda bələdiyyə sədri icra başçısının müavini oldu Milli Məclis radiorabitə ilə bağlı sənədi təsdiqlədi Dövlət investisiyaları artır, maliyyə nəzarəti də güclənməlidir – komitə sədri “Terminal işləmir” bəhanəsi ilə nağd pul istəyirlər? – Obyektləri bu cəza gözləyir Qızıl ucuzlaşır, Azərbaycanın valyuta ehtiyatları azalır Şamaxıda ŞOK MƏNZƏRƏ: Cəmi 5 dəqiqəlik yağış rayonu BATAQLIĞA ÇEVİRDİ — VİDEO Zelenski əlini sıxmayan Kralın ayağına tüpürdü? – VİDEO Milyonlarla insana şad xəbər – Pensiya və müavinətlər… 850 yerlik məktəbdə 2552 şagird oxuyur

Milyonlarla insana şad xəbər – Pensiya və müavinətlər…

Cəmiyyət

Cagdas.az  APA- ya istinadla xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Xankəndidə keçirilən “SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil” mövzusunda beynəlxalq forumda çıxışı zamanı bildirib.

Nazir qeyd edib ki, 2018-ci ildən ölkədə beş sosial islahat paketi icra olunub və bu paketlər üçün illik əlavə maliyyə vəsaiti 8 milyard manat təşkil edir.

Anar Əliyev forumun Vətən müharibəsində qazanılmış Zəfərin altıncı ildönümü günlərində keçirildiyini diqqətə çatdırıb, şəhid ailələri və müharibə iştirakçılarına göstərilən sosial dəstək tədbirlərindən danışıb.

O, “SOCGOV 2026” forumunun Xankəndidə keçirilməsinin simvolik əhəmiyyət daşıdığını, azad edilmiş ərazilərdə qurulan yeni həyatın və ağıllı şəhər konsepsiyasının təqdimatı baxımından önəmli olduğunu vurğulayıb.

Nazir, həmçinin sosial xidmətlərin elektronlaşdırılması, əlilliyin qiymətləndirilməsi, məşğulluq xidmətlərinin təkmilləşdirilməsi və inzibati proseslərin avtomatlaşdırılması istiqamətində görülən işlər barədə məlumat verib.

Bildirilib ki, DOST mərkəzlərində göstərilən xidmətlərin 90 faizdən çoxu elektronlaşdırılıb. Sosial islahatların nəticələri beynəlxalq səviyyədə də yüksək qiymətləndirilib və bu sahədə əldə olunan uğurlar 300-dən çox beynəlxalq mükafat və sertifikatla təltif olunub.