Son dəqiqə
Bu ordeni hazırlayanda düşünməzdim ki, özüm alacağam – Fərhad Xəlilov Bakının üçüncü yerüstü metro stansiyası 2028-ci ildə açılacaq Azərbaycanlıların olduğu gəmi Qara dənizdə batıb Azərbaycanla Hindistan arasında birbaşa uçuşların sayı artırılacaq Hindistan Azərbaycan və Ermənistan arasında sülh prosesini alqışlayır Azərbaycanla Hindistan əməkdaşlığı genişləndirə bilər – XİN rəhbəri Milli Məclisin növbəti iclasının vaxtı məlum olub Məhsul şəhadətnaməsi üzrə xüsusi qeyd dərhal icra olunacaq Aqrar subsidiyaların hüquqi statusu qanunla müəyyənləşdirilir “Aqrar sahə haqqında” qanun layihəsi təsdiq olundu

Ziyafət Əsgərovdan Siyavuş Novruzova cavab: “Hərbçinin məntiqi də olmalıdır”

Cəmiyyət

Hərbi qulluqçular fundamental elmlərlə yanaşı, fəlsəfə, ədəbiyyat və dilçilik sahələrində də biliklərə malik olmalıdırlar.

Cagdas.az xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov parlamentin plenar iclasında hərbi xidmətlə bağlı qanunvericiliyə dəyişikliklərin müzakirəsi zamanı bildirib.

Siyavuş Novruzovun magistratura, rezidentura və doktoranturada təhsil alan şəxslərlə bağlı təkliflərinə münasibət bildirən vitse-spiker humanitar elmlərin də hərbçilər üçün əhəmiyyətini vurğulayıb.

“Riyaziyyatdır, fizikadır, kimyadır – bunlar fundamental elmlərdir, məlum məsələdir. Amma hərbi qulluqçunun gözəl məntiqi də olmalıdır axı. Bu məntiq də fəlsəfədir, bunu fəlsəfə verir”, – deyə o qeyd edib.

Ziyafət Əsgərov komitə sədri olduğu dövrdə hərbi hissələrə səfərlərini xatırladıb:

“Orada ayrıca kitabxana var idi. Bizim əsgərlərimiz, zabitlərimiz orada həm bədii ədəbiyyat, həm fəlsəfə ədəbiyyatı, həm də dilçiliklə bağlı kitablar oxuyurdular. Niyə olmasın ki? Olsun!”

Vitse-spiker vurğulayıb ki, hərbi qulluqçular peşəkar biliklərlə yanaşı, geniş dünyagörüşünə də malik olmalıdırlar:

“Bizim bugünkü hərbi qulluqçumuz, zabitimiz, leytenantımız hərtərəfli olmalıdır”.