Son dəqiqə
Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” haqqında Əsasnamə təsdiqlənib Azərbaycanda yeni cərimələr nəzərdə tutulur – MƏBLƏĞLƏR Türk dövlətləri üçün ortaq muzey kartı tətbiq ediləcək Türk Dövlətlərinin Futbol Kuboku keçiriləcək 8 milyonluq villa, bahalı imarət, elit mənzil… – Mehdiyev hansında yaşayır? Galatasarayın ulduzu üçün yeni iddia: Yuventusun hədəfindədir Husilərdən təxliyə çağırışı: Ədən hava limanı hədəf alındı Yəməndə gərginlik artır: Husilər hava zərbəsi ilə bağlı açıqlama yaydı Ramiz Mehdiyev akademik adından məhrum edildi

Şagird məktəbin pəncərəsindən yıxılaraq öldü – YENİLƏNİB

Cəmiyyət

Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi G.Dadaşova pəncərədən yıxılıb.

Cagdas.az oxu.az-a istinadən xəbər verir ki, hadisə məktəbin 4-cü mərtəbəsində 3-cü dərs zamanı baş verib. Həmin vaxt G.Dadaşovanın sinif yoldaşları fiziki tərbiyə dərsində olublar, G. isə dərsə qatılmayıb.

Məlumata görə, G.Dadaşovanın anası bir müddət əvvəl vəfat edib və o, xalasının himayəsində yaşayıb.

Bakı şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, 225 nömrəli tam orta ümumtəhsil məktəbinin VII sinif şagirdi oktyabrın 28-də IV mərtəbənin pəncərəsindən yıxılıb.

“Məktəb rəhbərliyi tərəfindən dərhal təcili tibbi yardım çağırılıb. Təəssüf ki, aldığı xəsarət nəticəsində şagird (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) dünyasını dəyişib. Məsələ ilə əlaqədar şagirdin ailəsinə və aidiyyəti qurumlara məlumat verilib. Məsələ müvafiq qurumlar tərəfindən nəzarətə götürülüb və müvafiq araşdırmalara başlanılıb. İctimaiyyətdən araşdırma aparıldığını nəzərə alaraq, məsələyə daha həssas yanaşılması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur”, – deyə məlumatda bildirilib.

11:02

Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə bədbəxt hadisə baş verib.

Cagdas.az oxu.az-a istinadən xəbər verir ki, məktəbin 7-ci sinif şagirdi olan qız pəncərədən yıxılıb.

Hadisə nəticəsində şagird həyatını itirib