Son dəqiqə
“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” haqqında Əsasnamə təsdiqlənib Azərbaycanda yeni cərimələr nəzərdə tutulur – MƏBLƏĞLƏR Türk dövlətləri üçün ortaq muzey kartı tətbiq ediləcək Türk Dövlətlərinin Futbol Kuboku keçiriləcək 8 milyonluq villa, bahalı imarət, elit mənzil… – Mehdiyev hansında yaşayır? Galatasarayın ulduzu üçün yeni iddia: Yuventusun hədəfindədir Husilərdən təxliyə çağırışı: Ədən hava limanı hədəf alındı Yəməndə gərginlik artır: Husilər hava zərbəsi ilə bağlı açıqlama yaydı Ramiz Mehdiyev akademik adından məhrum edildi TDT XİN başçılarının müzakirə edəcəyi MÖVZULAR

İtaliya Ukraynaya silah tədarükünü dayandıra bilər

Dünya

İtaliyada Ukraynaya hərbi yardımın davam etdirilməsi ilə bağlı hökumət daxilində fikir ayrılıqları dərinləşir. Baş nazir Corcia Meloninin rəhbərlik etdiyi hökumətin Kiyevə dəstəyini davam etdirmək barədə mövqeyinə baxmayaraq, hakim koalisiyanın üzvü olan “Liqa” partiyası Ukraynaya silah göndərilməsinə etirazlarını getdikcə daha açıq şəkildə ifadə edir.

Cagdas.az xəbər verir ki, bu barədə İtaliya mətbuatında yayılan məlumatlarda bildirilir.

Qeyd edilir ki, ABŞ-dəki siyasi təqvim İtaliya üçün yeni istiqamətə çevrilir. Bununla belə, ABŞ seçkilərinin hansı nəticəsinin İtaliya hökumətinin qərar qəbul etməsinə təsir göstərə biləcəyi məlum deyil. Həmçinin qərarın seçkilərdən dərhal sonra verilib-verilməyəcəyi də aydın deyil.

“La Repubblica” qəzetinin daha əvvəl yazdığına görə, Ukraynaya yardımın göndərilməsində 10 aylıq gecikmənin əsas səbəblərindən biri İtaliya hökuməti daxilindəki açıq fikir ayrılıqlarıdır.

İtaliyanın Baş naziri Corcia Meloni, xarici işlər naziri və baş nazirin müavinlərindən biri Antonio Tayani, eləcə də müdafiə naziri Quido Krosetto Romanın Kiyevə “360 dərəcə” dəstəyini qoruyacağını dəfələrlə bəyan ediblər.

Lakin mətbuatda yayılan məlumatlara görə, İtaliyanın Ukraynaya yardımı getdikcə daha çox mülki təyinatlı vasitələrlə məhdudlaşır. Belə yardımlara, məsələn, elektrik generatorları daxildir.

Müdafiə naziri Quido Krosetto da daha əvvəl İtaliyanın resurslarının qeyri-məhdud olmadığını etiraf edib. Onun sözlərinə görə, Ukraynaya yardım imkanlar daxilində həyata keçirilir.

“Liqa” partiyasının yenidən milli katibi seçilən, eyni zamanda baş nazirin müavini və nəqliyyat və infrastruktur naziri olan Matteo Salvini mövqeyini açıq şəkildə ifadə edib.

O bildirib ki, yanacağın bahalaşması və inflyasiyanın artması ilə bağlı ölkə daxilində ciddi problemlərin mövcud olduğu şəraitdə Ukraynaya silah tədarükünün və maliyyə yardımının dayandırılması məsələsini hökumətdə qaldıracaq.\modern.az\