Son dəqiqə
“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” haqqında Əsasnamə təsdiqlənib Azərbaycanda yeni cərimələr nəzərdə tutulur – MƏBLƏĞLƏR Türk dövlətləri üçün ortaq muzey kartı tətbiq ediləcək Türk Dövlətlərinin Futbol Kuboku keçiriləcək 8 milyonluq villa, bahalı imarət, elit mənzil… – Mehdiyev hansında yaşayır? Galatasarayın ulduzu üçün yeni iddia: Yuventusun hədəfindədir Husilərdən təxliyə çağırışı: Ədən hava limanı hədəf alındı Yəməndə gərginlik artır: Husilər hava zərbəsi ilə bağlı açıqlama yaydı Ramiz Mehdiyev akademik adından məhrum edildi TDT XİN başçılarının müzakirə edəcəyi MÖVZULAR

Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu

Cəmiyyət

Bakıda polisin qanuni fəaliyyətinə maneə olan və xuliqanlıq hərəkətləri edən sahibkar həbs olunub.

Cagdas.az  “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində baş verib.

Belə ki, bir neçə gün əvvəl gündüz saatlarında yol polisi əməkdaşları hərəkətdə olan yük avtomobilini saxlayıblar. Sərxan adlı sürücüyə həmin saatlarda yükgötürmə qabiliyyətinin 8 tondan çox olduğu nəqliyyat vasitələrinin paytaxtın müəyyən edilmiş ərazilərində hərəkət etməsinin qadağan olunduğu bildirilib. Bu zaman sürücü yük avtomobillərinin sahibi olan Cəbrayıl rayon sakini 1992-ci il təvəllüdlü Kazım Kərimova (ad-soyad şərtidir) zəng edib. Sahibkar isə polis əməkdaşları ilə kobud danışaraq müxtəlif iddialar irəli sürüb. Özünü generallardan birinin adamı kimi təqdim edən şəxs təhqiramiz ifadələr işlədib.

Daha sonra Binəqədi rayonu, Əhməd Rəcəbli küçəsində K.Kərimov polis əməkdaşları ilə münaqişə yaradıb. Bu səbəbdən o saxlanılıb və sərxoş halda olması müəyyən edilib.

Barəsində inzibati protokol tərtib edilən sahibkar Binəqədi Rayon Məhkəməsinə göndərilib və müvafiq qərarla 10 sutka müddətinə inzibati həbs edilib.