Son dəqiqə
Gürcüstana qanunsuz mal keçirilməsinin qarşısı alındı Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müşavir təyin olunub 10-12 milyonluq türk əhalisi Rusiyanın TDT marağını artırır – Rus politoloq Respublika Fənn Olimpiadalarına qeydiyyat başlayır Mark Karni və Donald Trampdan mühüm telefon danışığı Palçıqlı kartof, isladılmış qoz: Ekspert alıcılara müraciət etdi Külli miqdarda narkotikin Azərbaycana keçirilməsinin qarşısı alındı Hövsan–Türkan yolunda hərəkət məhdudlaşdırılacaq Günəşdəki super fırtına Yerin radiasiya müdafiə səddini aşdı Bəzi ölkələr 3 günlük ərzaq ehtiyatı yığmağa çağırır – Məqsəd nədir?

Azərbaycanda 14 yaşlı qız hamilə qaldı – Əsgər həbs edildi

Cəmiyyət

Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri xidmətini başa vurmadan həbs edilib.

Cagdas.az  xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 18 yaşlı Ə.X. əsgərlikdən əvvəl 14 yaşlı qızla cinsi əlaqədə olmaqda və seksual xarakterli hərəkətlər etməkdə təqsirli bilinib.

Bu hadisə Azərbaycanın rayonlarından birində baş verib. Ə.X. ilə A.A. məktəbdə tanış olublar. Həmin vaxt oğlan 9, qız 6-cı sinifdə oxuyub.

İstintaqla müəyyən edilib ki, Ə.X. qızın 14 yaşından 16 yaşı olana kimi onunla münasibətdə olub. Bu münasibət nəticəsində qız 15 yaşında olarkən hamilə qalıb. Amma cinayətin üstü oğlan hərbi xidmətə gedəndən sonra açılıb. Bu səbəbdən o, xidmətdə olarkən həbs edilib.

Əsgər məhkəmədə əməlini etiraf etsə də, qızla 14 yaşı tamam olana kimi münasibətdə olmadığını deyib. O, həmçinin A.A. ilə sevgili olduğunu, evlənmək istədiklərini bildirib.

Qız özü də məhkəmədə oğlandan şikayətçi olmayıb. Yeniyetmə bu məsələ ilə bağlı atasının şikayətçi olduğunu, özünün isə oğlandan heç bir şikayət və tələbinin olmadığını bildirib. Hazırda 32 həftəlik hamilə olduğunu qeyd edib. Onun qanuni nümayəndəsi olan anası da oğlanın tutulmasının mənasız olduğunu əlavə edib.

Məhkəmə yekunda təqsirləndirilən əsgəri 14 yaşına çatmayan şəxslə cinsi əlaqədə olmaqda təqsirli bilib. Ona 6 il 6 ay həbs cəzası verilib.