Son dəqiqə
Gürcüstana qanunsuz mal keçirilməsinin qarşısı alındı Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müşavir təyin olunub 10-12 milyonluq türk əhalisi Rusiyanın TDT marağını artırır – Rus politoloq Respublika Fənn Olimpiadalarına qeydiyyat başlayır Mark Karni və Donald Trampdan mühüm telefon danışığı Palçıqlı kartof, isladılmış qoz: Ekspert alıcılara müraciət etdi Külli miqdarda narkotikin Azərbaycana keçirilməsinin qarşısı alındı Hövsan–Türkan yolunda hərəkət məhdudlaşdırılacaq Günəşdəki super fırtına Yerin radiasiya müdafiə səddini aşdı Bəzi ölkələr 3 günlük ərzaq ehtiyatı yığmağa çağırır – Məqsəd nədir?

Palçıqlı kartof, isladılmış qoz: Ekspert alıcılara müraciət etdi

Cəmiyyət

Mövsümi meyvə və tərəvəzlərə tələbat artdıqca, market və bazarlarda məhsulların keyfiyyəti ilə bağlı məsələlər yenidən gündəmə gəlir. Bu dövrdə alıcıların qarşılaşdığı tək problem məhsulun təzəliyi deyil. Bəzi satıcılar daha çox qazanc əldə etmək üçün müxtəlif çəki hiylələrinə əl atırlar. Məsələn, qozun və bəzi meyvələrin su ilə isladılaraq ağırlaşdırılması, yaxud kartofun üzərindəki qalın palçıq qatı ilə birgə satılması belə halların ən bariz nümunəsidir.

Bəs mövsümi meyvə və tərəvəzləri alarkən istehlakçılar nələrə diqqət yetirməlidir?

Cagdas.az bildiriri ki Qida eksperti Asim Vəliyev  Sfera.az-a açıqlamasında bildirib ki, məhsul alarkən yalnız onun xarici görünüşünə deyil, ümumi vəziyyətinə də diqqət yetirmək lazımdır:

“Əzilmiş, çürümüş, kiflənmiş, ciddi zədələnmiş və pis qoxusu olan məhsulları almaq məsləhət deyil. Kartofun üzərində torpağın olması öz-özlüyündə onun təhlükəli olduğu anlamına gəlmir. Lakin məhsulun həddindən artıq palçıqlı olması keyfiyyətini qiymətləndirməyi çətinləşdirə bilər. Buna görə də istehlakçılar kartofu mümkün qədər görərək və seçərək almalı, çürümə, kif, yumşalma və digər zədələrə diqqət etməlidirlər”.

Palçıqlı kartof, isladılmış qoz: Ekspert alıcılara müraciət etdi

Ekspert qeyd edib ki, qoz və digər çərəzlərin su ilə isladılması məsələsində də diqqətli olmaq vacibdir:

“Əgər məhsulun çəkisini süni şəkildə artırmaq məqsədilə su ilə isladıldığını hiss ediriksə, onu almamalıyıq. Çünki nəmli mühit çərəzlərin saxlanma dayanıqlığına mənfi təsir göstərir və kiflənmə riskini artıra bilər. Buna görə də qoz və digər çərəzlərdə həddindən artıq nəmlik, yapışqanlıq, kif və pis qoxu kimi əlamətlərə diqqət edilməlidir. Meyvə və tərəvəzlərin satış zamanı su ilə isladılması isə ayrıca qiymətləndirilməlidir. Məhsulun üzərində su damcılarının olması avtomatik olaraq onun təhlükəli olduğunu göstərmir. Burada əsas məsələ istifadə olunan suyun təmizliyidir. Əgər meyvə və tərəvəzlə təmas edən su keyfiyyətsizdirsə, mikrobioloji çirklənmə mənbəyinə çevrilə bilər”.

Ekspert istehlakçılara məhsulları ev şəraitində düzgün təmizləməyi də tövsiyə edib:

“Meyvə və tərəvəzləri istehlak etməzdən əvvəl axar su altında yaxşı yumaq lazımdır. Bu zaman sabun, yuyucu vasitə və ya ağardıcı maddələrdən istifadə etmək olmaz. Bərk səthli məhsullar təmiz fırça ilə də təmizlənə bilər. Yuma prosesi məhsulun səthindəki mikroorqanizmlərin miqdarını azalda bilər, lakin onların tamamilə aradan qaldırılacağına zəmanət vermir”.