Son dəqiqə
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq Sovet dövrünün binaları dövlət hesabına təmir olunsun – Deputat Prezidentin sosial şəbəkə hesablarına hücumun detalları açıqlanıb Nəsimi Musayevin məhkəməsinin yeri bilindi – İrəvanda olmayacaq Ölkələr Rusiya ilə əməkdaşlığı bərpa edir: BMT-də yeni vəziyyət Gənclərin ipoteka problemi parlamentə DAŞINIR Hakan Fidan Brüsseldə almaniyalı həmkarı ilə görüşüb

İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın

Cəmiyyət

Dövlət sektorunda aparılan struktur islahatları və ştat ixtisarları özəl sektorda yeni iş yerlərinin yaradılması ilə müşayiət olunmalıdır.

Cagdas.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.

Deputatın sözlərinə görə, 2019-cu ildə dövlət sektorunda muzdla çalışanların sayı 916 mindən çox olduğu halda, hazırda bu göstərici 837 min nəfər ətrafındadır.

O qeyd edib ki, cari ilin ilk doqquz ayında dövlət sektorunda çalışanların sayı 29 min nəfər azalıb, qeyri-dövlət sektorunda isə 11,8 min nəfər artıb.

Zahid Oruc hesab edir ki, əsas problem dövlət sektorunun böyüklüyündən daha çox özəl sektorun kifayət qədər genişlənə bilməməsidir:

“Dövlət sektorunun mütləq sayını azaltmadan da onun iqtisadiyyatdakı nisbi çəkisini aşağı salmağın daha sağlam yolu ştatların birbaşa və süni imtahanlarla ixtisarı əvəzinə, özəl sektorda yüz minlərlə yeni iş yerinin yaradılmasıdır”.

Deputat bildirib ki, dövlət qurumlarında optimallaşdırma tədbirləri aparılarkən peşəkar kadrların itirilməməsinə xüsusi diqqət yetirilməlidir.

O, ixtisarların meyarlarının əvvəlcədən kollektivlərə açıqlanmasını, təcrübəli mütəxəssislərin vahid kadr ehtiyatı bazasına daxil edilərək digər dövlət qurumlarındakı vakansiyalara yerləşdirilməsini təklif edib.

Zahid Oruc hökumətin son beş ildə həyata keçirilmiş optimallaşdırma tədbirlərinin sosial-iqtisadi nəticələrinə dair ayrıca qiymətləndirmə aparmasını da vacib sayıb.