Türkiyənin xarici işlər naziri Hakan Fidan Belçikanın paytaxtı Brüsseldə keçirilən “Regionlararası Təhlükəsizlik və Əlaqəlilik” mövzusunda İkinci Nazirlər Toplantısı çərçivəsində Almaniyanın xarici işlər naziri Cohan Vadephul ilə görüşüb.
Türkiyə Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Fidanın Brüsseldəki təmasları davam edir.
Görüş zamanı iki ölkə arasında münasibətlər, regional təhlükəsizlik məsələləri və beynəlxalq gündəmdəki aktual mövzularla bağlı fikir mübadiləsi aparıldığı bildirilib.
Qeyd edək ki, Hakan Fidan Brüsselə regionlararası təhlükəsizlik və bağlantı imkanlarının müzakirə olunduğu nazirlər toplantısında iştirak etmək üçün səfər edib.


