Son dəqiqə
DSK-nın yaydığı məlumat diqqət çəkdi – Gedişhaqqı arta bilər? “Leyla Əliyevanın səfəri bu əlaqələrin möhkəmləndirilməsində mühüm addım olub” – Prezident Azərbaycana gətirilən şokoladlı meyvələrdə uyğunsuzluq aşkarlandı Rusiya Şimal dənizi marşrutu üzrə Çinlə əməkdaşlığı genişləndirməyə hazırdır – PUTİN “Real Madrid” bu oyunçu ilə müqaviləni 2032-ci ilə qədər uzatdı Üçtərəfli görüşdə nələr deyildi… – “Əminəm ki, tarixə düşəcəyik” DİM-in sələfi TQDK-ya kimlər rəhbərlik edib? Türkiyədən Aİ-yə Şengen viza prosedurlarının sadələşdirilməsi çağırışı Bu yerlər Azərbaycan hökumətinə qaytarılır GTA V6 fenomeni səhm qiymətlərini artırdı!

“Leyla Əliyevanın səfəri bu əlaqələrin möhkəmləndirilməsində mühüm addım olub” – Prezident

Cəmiyyət

“Humanitar əməkdaşlıq xalqlarımızı və dövlətlərimizi birləşdirən möhkəm körpü rolunu oynayır. Onilliklər ərzində bu əlaqələr təhsil təşəbbüsləri, xeyriyyə layihələri və müntəzəm mədəni mübadilə vasitəsilə davamlı olaraq möhkəmləndirilib”.

Cagdas.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibəsi zamanı bildirib.

“Heydər Əliyev Fondu bu prosesdə xüsusi rola malikdir və Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir. Fondun fəaliyyət istiqamətləri Ha Giang əyalətində ibtidai məktəbin tikintisi də daxil olmaqla infrastruktur təşəbbüslərindən tutmuş müxtəlif təhsil proqramlarının dəstəklənməsinə qədər geniş spektri əhatə edir.

Fondun vitse-prezidenti Leyla Əliyevanın 2025-ci ildə Vyetnama səfəri bu əlaqələrin möhkəmləndirilməsində mühüm addım olub. Səfər zamanı ölkə rəhbərləri, yaradıcı ziyalıların nümayəndələri və Azərbaycan universitetlərinin vyetnamlı məzunları ilə görüşlər keçirilib. Hanoy Ticarət və Turizm Kollecinə də maliyyə dəstəyi göstərilib”, – dövlət başçısı vurğulayıb.