Son dəqiqə

Neymar: “Sən əsl əfsanəsən, Alex de Souza!”

İdman

Braziliyanın “Santos” klubunda çıxış edən Neymar “Fənərbağça”nın unudulmaz futbolçusu Alex de Souza ilə bağlı paylaşım edib.

Çağdaş.az xəbər verir ki, 34 yaşlı braziliyalı ulduz futbolçu Alex de Souza ilə çəkdirdiyi fotosunu sosial şəbəkə hesabında paylaşıb.

Neymar paylaşımında bu sözləri yazıb:

“Mənə ilham verən bir kumirin formasına sahib olmaq necə də böyük şərəfdir! Sən əsl əfsanəsən, Alex. Sənə sonsuz hörmətim var”.

Zədələrini geridə qoyan Neymar bu mövsüm “Santos”un heyətində yenidən formasını bərpa etməyə başlayıb. Braziliyalı futbolçu cari mövsümdə 10 qol vurub, 8 məhsuldar ötürmə ilə yadda qalıb.