Son dəqiqə
Məşhur iqtisadçı ABŞ-ı Rusiya ilə bağlı siyasətini dəyişməyə çağırdı Ceffri Saks: Putin, Tramp və Si Cinpin BMT islahatlarının əsasını qoydu Milyonlarla insanı maraqlandıran sualın cavabı tapıldı – Bel ağrısının səbəbi nədir? Artıq hər kəs superhaker ola bilər: Dünya kibertəhlükəsizlik böhranı ilə üz-üzədir Dünya iqtisadiyyatı təhlükə qarşısındadır – KİV Türkiyə böyük oyunun üstünü açdı – ABŞ, İsrail və Yunanıstan izi! Paytaxtda kirayə mənzillər sürətlə bahalaşır – FOTO Beş ildə 47 faizdən çox azalma: Qubanın alma bağları niyə kiçilir? – FOTO Vətəndaş əlillik dərəcəsinin ləğv olunmasından narazıdır: “Dedilər ki, çəkin çoxdur” – VİDEO Sahil Babayevdəm yeni TƏYİNAT

İnstaqramda hekayələr üçün yeni funksiya

Texnologiya

İnstaqram paylaşılmış hekayələri 15 dəqiqə ərzində redaktə etməyə imkan verəcək.

Çağdaş.Az xəbər verir ki, yeni funksiya istifadəçilərə paylaşım etdikdən sonra mətn, musiqi, stiker və rəsmləri dəyişmək imkanı yaradacaq.

Bunun üçün istifadəçi paylaşdığı hekayəni açmalı, üç nöqtə menyusuna daxil olaraq “Edit story” seçimini etməlidir.

Redaktə zamanı paylaşımın əvvəlki baxışları, bəyənmələri və reaksiyaları silinməyəcək. Dəyişiklik edilən “Story”də isə “Edited” qeydi görünəcək.

Qeyd edək ki, indiyədək istifadəçilər paylaşımda səhv aşkar etdikdə onu silərək yenidən yerləşdirməli olurdular. Bu zaman əvvəlki baxış və reaksiyalar da itirdi.

Yeni funksiya mərhələli şəkildə istifadəyə veriləcək./Referans Media/