Son dəqiqə
Məşhur iqtisadçı ABŞ-ı Rusiya ilə bağlı siyasətini dəyişməyə çağırdı Ceffri Saks: Putin, Tramp və Si Cinpin BMT islahatlarının əsasını qoydu Milyonlarla insanı maraqlandıran sualın cavabı tapıldı – Bel ağrısının səbəbi nədir? Artıq hər kəs superhaker ola bilər: Dünya kibertəhlükəsizlik böhranı ilə üz-üzədir Dünya iqtisadiyyatı təhlükə qarşısındadır – KİV Türkiyə böyük oyunun üstünü açdı – ABŞ, İsrail və Yunanıstan izi! Paytaxtda kirayə mənzillər sürətlə bahalaşır – FOTO Beş ildə 47 faizdən çox azalma: Qubanın alma bağları niyə kiçilir? – FOTO Vətəndaş əlillik dərəcəsinin ləğv olunmasından narazıdır: “Dedilər ki, çəkin çoxdur” – VİDEO Sahil Babayevdəm yeni TƏYİNAT

Məşhur iqtisadçı ABŞ-ı Rusiya ilə bağlı siyasətini dəyişməyə çağırdı

Dünya

ABŞ iqtisadçısı, Kolumbiya Universitetinin Davamlı İnkişaf Mərkəzinin direktoru Ceffri Saks bildirib ki, Vaşinqton böyük dövlətlər arasındakı münasibətlərin əsas prinsiplərini nəzərə almalı və Rusiyanın ayrılmaz hüquqlarını tanımalıdır.

Çağdaş.Az xəbər verir ki, bu barədə o, Rusiyanın TASS agentliyinə müsahibəsində danışıb.

Saks Rusiya ilə ABŞ arasındakı münasibətləri şərh edərkən bildirib ki, “təsir dairəsi” anlayışı qonşu ölkədə hakimiyyəti kimin idarə edəcəyinə qərar vermək iddiasıdır və o, bu yanaşmanı qəbul etmir.

“İnflyasiyanın təhlükəsizlik sahəsi anlayışı isə böyük dövlətin öz sərhədləri yaxınlığında digər böyük dövlətlərin hərbi bazalarının və ittifaqlarının yerləşdirilməsindən imtina edə bilməsi prinsipidir. Eyni zamanda qonşu ölkələr öz hökumətlərini, iqtisadi sistemlərini və ticarət tərəfdaşlarını sərbəst seçmək hüququna malik qalırlar”, – deyə iqtisadçı bildirib.

Onun sözlərinə görə, bu, böyük dövlətlər arasında “qızıl qayda” prinsipinə bənzəyir: “Başqalarının sizə etməsini istəmədiyinizi siz də onlara etməyin”.

Saks qeyd edib ki, ABŞ 1823-cü ildə qəbul edilmiş Monro doktrinasından sonra Qərb yarımkürəsində bu prinsipə əsaslandığını vurğulayır və eyni yanaşmanı Rusiya və Çin üçün də qəbul etməlidir.