Son dəqiqə
Ceffri Saks: Putin, Tramp və Si Cinpin BMT islahatlarının əsasını qoydu Milyonlarla insanı maraqlandıran sualın cavabı tapıldı – Bel ağrısının səbəbi nədir? Artıq hər kəs superhaker ola bilər: Dünya kibertəhlükəsizlik böhranı ilə üz-üzədir Dünya iqtisadiyyatı təhlükə qarşısındadır – KİV Türkiyə böyük oyunun üstünü açdı – ABŞ, İsrail və Yunanıstan izi! Paytaxtda kirayə mənzillər sürətlə bahalaşır – FOTO Beş ildə 47 faizdən çox azalma: Qubanın alma bağları niyə kiçilir? – FOTO Vətəndaş əlillik dərəcəsinin ləğv olunmasından narazıdır: “Dedilər ki, çəkin çoxdur” – VİDEO Sahil Babayevdəm yeni TƏYİNAT Azərbaycan vətəndaşlığından imtina etdi – Səbəbi isə…

Türkiyə böyük oyunun üstünü açdı – ABŞ, İsrail və Yunanıstan izi!

Dünya

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-nin Ankaraya qarşı tətbiq etdiyi CAATSA sanksiyalarını tənqid edib və bu məsələdə İsrail və Yunanıstan lobbilərinin roluna diqqət çəkib.

Çağdaş.Az xəbər verir ki, Hakan Fidan Türkiyə ilə ABŞ arasında S-400 hava hücumundan müdafiə sistemləri və F-35 qırıcıları ətrafında yaranmış problemlərdən danışıb.

Nazir Rusiyadan müdafiə sistemləri alan başqa ölkələrə qarşı eyni sanksiyaların tətbiq edilməməsini gündəmə gətirib.

“Rusiyanın müdafiə sistemlərini alan çoxlu ölkə var. ABŞ onların hansına CAATSA sanksiyası tətbiq edib?” – Fidan bildirib.

Türkiyəli nazirin sözlərinə görə, Ankaranın regiondakı müstəqil siyasəti və mövqeyi, xüsusilə İsrailin maraqlarına uyğun gəlmir. Bu səbəbdən ABŞ-də Türkiyəyə qarşı ciddi lobbiçilik fəaliyyəti aparılır.

Fidan bildirib ki, İsrail və Yunanıstan lobbiləri Amerika siyasətinə təsir göstərərək Türkiyə ilə ABŞ arasında müdafiə sahəsində əməkdaşlığın inkişafına mane olmağa çalışırlar.

Nazir ABŞ administrasiyasında problemin həlli üçün siyasi iradənin mövcud olduğunu da vurğulayıb.

“Burada ‘Əvvəl Amerika, yoxsa İsrail’ deyənlər arasında mübarizə gedir. Amma administrasiya səviyyəsində bu məsələni həll etmək iradəsi var. İnşallah, bu problemi də aşacağıq”, – Fidan qeyd edib.

O, Prezident Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Trampın görüşlərində CAATSA sanksiyaları, S-400 və F-35 məsələlərinin birdəfəlik həll edilməsinin vacibliyini bildirib.

ABŞ 2020-ci ilin dekabrında Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri almasına görə CAATSA çərçivəsində sanksiyalar tətbiq edib. Ankara həmçinin F-35 qırıcılarının istehsalı proqramından çıxarılıb./Musavat.com