Son dəqiqə
ABŞ bazarlarında texnologiya səhmləri kəskin ucuzlaşıb Əlilliyə görə ödəniş alanların sayı açıqlandı Rusiya, ABŞ və Ukrayna arasında yeni üçtərəfli danışıqlar keçiriləcək Paşinyan Köçəryan və Serj Sarqsyanı Ermənistanı talamaqda ittiham edib Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçirilir Ermənistanın hazırkı Konstitusiyasında Qarabağla bağlı nə deyilir? “Qarabağ münaqişəsi bizi dövlətçiliyi itirmək həddinə çatdırdı” Ermənistan Konstitusiya layihəsində kilsə ilə bağlı müddəa dəyişdirildi Prezident deputatı “Şöhrət” ordeni ilə təltif etdi Artıq ödənilən tibbi sığorta pulu qaytarılacaq

Rusiya, ABŞ və Ukrayna arasında yeni üçtərəfli danışıqlar keçiriləcək

Cəmiyyət
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), quality = 90

Rusiya, ABŞ və Ukrayna arasında növbəti üçtərəfli danışıqlar raundu yaxın vaxtlarda keçiriləcək.

Cagdas.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “RİA Novosti”yə açıqlamasında bildirib.

Kremlin sözçüsü görüşün tarixi ilə bağlı hələlik dəqiq məlumatın olmadığını deyib.

“Görüş yaxın vaxtlarda baş tutacaq, lakin hələlik tarixlə bağlı heç bir dəqiqlik yoxdur”, – deyə Peskov bildirib.

Xatırladaq ki, noyabrın 10-11-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar keçirilib.

Rusiya nümayəndə heyətinə rəhbərlik edən Prezidentin köməkçisi Vladimir Medinski görüşdə Avropanın təhlükəsizlik arxitekturası məsələsinin əsas müzakirə mövzusu olduğunu açıqlayıb.

O, həmçinin Rusiya ilə Ukrayna arasında əsirlərin genişmiqyaslı yeni mübadiləsinin həyata keçirilməsi barədə razılıq əldə olunduğunu bildirib. Mübadilənin konkret parametrlərinin yaxın vaxtlarda açıqlanacağı qeyd edilib.\modern.az