Ermənistanın yeni Konstitusiya layihəsində dövlətlə Erməni Apostol Kilsəsi arasındakı münasibətlərin qanunla tənzimlənməsi nəzərdə tutulur.
Cagdas.az yerli mediaya istinadən xəbər verir ki, layihədə bu münasibətlərin “qanunla tənzimləndiyi” göstərilib. Qüvvədə olan Konstitusiyada isə münasibətlərin “qanunla tənzimlənə biləcəyi” qeyd olunur.
Layihədə Erməni Apostol Kilsəsinin milli kilsə kimi erməni xalqının mənəvi həyatında, milli mədəniyyətinin inkişafında və milli kimliyinin qorunmasında müstəsna rolunu tanıyan müddəa saxlanılıb.
Dəyişiklik Ermənistan hakimiyyəti ilə Erməni Apostol Kilsəsi arasında ötən ildən davam edən gərginlik fonunda layihəyə daxil edilib.\modern.az\


