Son dəqiqə
Mədə sancısı və krampa qarşı təsirli bitki çayı “Barselona”nın prezidenti Bakıda mahnı oxudu, plov yedi, pivə içdi Övladınıza “TikTok”da nəzarət edə biləcəksiniz – Valideynlərin nəzərinə! “Miss Kainat-2026” gözəllik müsabiqəsində qalmaqal düşdü Azərbaycanlıların ən çox getdiyi ölkələr – SİYAHI Paşinyan medianı məhkəməyə verdi – 11 min dollar tələb edir “Sabah”- “Barselona” oyunu ilə əlaqədar bu marşrutların hərəkət sxemi dəyişdirilir Prezident Gürcüstanın Baş nazirinin müavinini qəbul edib Müharibə veteranları məktəblərdə dərs deyəcəklər Şagirdlərə süni intellekt və dronlarla bağlı dərslər keçiriləcək

Mədə sancısı və krampa qarşı təsirli bitki çayı

Maraqlı

Stres, düzgün olmayan qidalanma və ya həzmsizlik səbəbindən yaranan mədə kramplarında mütəxəssislər reflyü riskini artırmayan çobanyastığı çayını məsləhət görürlər. 

Cagdas.az xəbər verir ki, tərkibindəki iltihabəleyhinə maddələr mədə selikli qişasındakı qıcıqlanmanı sakitləşdirir, əzələboşaldıcı təsiri isə spazm və qaz ağrılarının yüngülləşməsinə kömək edir.

Digər bitkilərdən fərqi: Nanə kimi bəzi bitkilər mədə ilə yemək borusu arasındakı qapağı boşaldaraq turşu reflyüsünü artırır. Çobanyastığı çayında isə bu risk azdır, ona görə də həzmsizlik və ya reflyü meyilli mədələr üçün daha uyğun seçim sayılır.

Düzgün dəmləmə və içmə qaydası: Bir fincan təzə qaynanmış suya 1 çay qaşığı qurudulmuş çobanyastığı əlavə edin. Efir yağlarının uçmaması üçün fincanın ağzını örtüb 5-7 dəqiqə dəmləyin. Mədəni qıcıqlandırmamaq üçün qaynar yox, ilıq halda, yavaş-yavaş için.

Həkim xəbərdarlığı: Çobanyastığı çayı yüngül və müvəqqəti narahatlıqlarda köməkçi vasitədir. Ağrı çox şiddətlidirsə, kürəyə vurursa, qusma, qızdırma ilə müşayiət olunursa və ya bir neçə gündən uzun çəkirsə, bitki çayları ilə vaxt itirmədən mütləq həkimə müraciət etmək lazımdır.\milli.az\