Dini biliklərin düzgün mənimsənilməsi və xurafatla sağlam dini düşüncənin fərqləndirilməsində qadınların fəal iştirakı xüsusi əhəmiyyət kəsb edir.
Cagdas.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “Tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında qadınların rolu” mövzusunda konfransda çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycan qadınının cəmiyyətin həyatında fəal iştirakı ölkənin ictimai fikrində və dövlətçilik ənənəsində dərin tarixi əsaslara malikdir.
Komitə sədri ailədə uşaqların dünyagörüşünün formalaşmasında qadınların rolu vurğulayıb:
“Bu istiqamətdə maarifləndirmə işlərinin daha geniş ictimai nəticələr doğurduğunu aydın görmək olar. Bu sahədə fəaliyyətimizin əsas istiqamətlərindən biri qadınların sağlam və akademik əsaslara söykənən dini təhsil alma imkanlarının genişləndirilməsidir” – o qeyd edib.\modern.az\


