Son dəqiqə
Bakıda ev almaq istəyənlər bu ünvanları nəzərdən keçirsin: İnşaatçılar, Keşlə, Əhmədli… Kəlbəcər azadlığının 6-cı ilində 681 sakin doğma yurda qayıdıb Zelenski ilə Macarsıstanın Baş naziri voleybol oynadılar – VİDEO Müavinət və təqaüd alanlara şad xəbər! İllərdir gözlənilən qərar verildi: Bu sənədlə torpağa çıxarış almaq mümkün olacaq Dövlət başçılarının bacı-qardaşları – 11 uşaqlı ailədə böyüyən, iki qardaşı ölən PREZİDENTLƏR Kredit almaq istəyən sahibkarlar üçün YENİ İMKAN – Banka getmədən müraciət mümkün olacaq Bayramdan sonra ucuz ət gözləyənlərə PİS XƏBƏR – Bahalaşma davam edəcək Gələn il bazarlarda qiymətlər nədən asılı olacaq? – AÇIQLAMA Bakının mərkəzinə maşınla girmək pullu olacaq: Ödəniş necə hesablanacaq?

Bakıda ev almaq istəyənlər bu ünvanları nəzərdən keçirsin: İnşaatçılar, Keşlə, Əhmədli…

Cəmiyyət

Bakıda yeni metro stansiyalarının açılması, nəqliyyat infrastrukturunun inkişafı və şəhərsalma layihələri bəzi ərazilərdə mənzil qiymətlərinin və kirayə gəlirlərinin artmasına təsir göstərə bilər. Bəs uzunmüddətli perspektivdə hansı ərazilərə investisiya yatırmaq daha sərfəlidir və mənzil alarkən hansı məqamlar nəzərə alınmalıdır?

Cagdas.az –a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Oruc bildirib ki,

uzunmüddətli perspektivdə nəqliyyat infrastrukturunun inkişafı, yeni metro stansiyalarının açılması və abadlaşdırma işlərinin həyata keçiriləcəyi ərazilər investisiya baxımından daha cəlbedici hesab olunur.

Onun sözlərinə görə, İnşaatçılar və Keşlə qəsəbələri, şəhər ətrafı ərazilər, Əhmədli, Binəqədi, Bakıxanov və Xudat istiqamətləri bu baxımdan diqqət çəkir.

Eyni zamanda, Bakı şəhərinin Baş Planı 2040-a əsasən həyata keçiriləcək söküntü və abadlaşdırma işlərinin nəzərdə tutulduğu ərazilərdə də qiymət artımı gözlənilə bilər. Yaşıl zonaların genişləndirilməsi, Yusif Səfərov, Həsən Salmani və digər küçələrdə həyata keçiriləcək layihələr həmin ərazilərin investisiya cəlbediciliyini artıra bilər. Ümumilikdə, Xətai metrosunun ətrafı və Babək prospekti də perspektivli ərazilər sırasındadır.

Ekspert qeyd edib ki, investisiya qərarı verərkən yalnız ərazinin perspektivinə əsaslanmaq düzgün deyil. Binanın keyfiyyəti, çıxarışın və digər hüquqi sənədlərin qaydasında olması, kommunikasiyalar, nəqliyyat əlçatanlığı, mənzilin və ya obyektin likvidliyi, kirayəyə verilmə imkanları və biznes potensialı da nəzərə alınmalıdır. Bu amillər mütəxəssis tərəfindən qiymətləndirilməli, bazar araşdırması aparıldıqdan sonra investisiya qərarı verilməlidir.

Vüqar Oruc bildirib ki, yeni metro stansiyalarının açılması və nəqliyyat infrastrukturunun yenilənməsi mənzil bazarında qiymət artımına təsir göstərən amillərdəndir. Nəqliyyat əlçatanlığı artdıqca həmin ərazilərdə yaşayışa və kirayə mənzillərə tələb də yüksəlir.

Bundan əlavə, şəhərsalma layihələri çərçivəsində abadlaşdırma işlərinin aparılması, yolların yenilənməsi, sosial obyektlərin və ictimai məkanların yaradılması ərazilərin investisiya cəlbediciliyini artırır.

Mənzilə investisiya qoymaq istəyən şəxslər, ərazinin perspektivi və alış qiyməti ilə yanaşı, onun hüquqi sənədlərini, likvidliyini və digər xüsusiyyətlərini də qiymətləndirməlidirlər. Mənzilin metroya, əsas yollara, məktəblərə, xəstəxanalara və digər sosial infrastruktura yaxınlığı da mühüm əhəmiyyət daşıyır.

Ekspertin fikrincə, mənzil alarkən ilk növbədə həmin əmlaka bazarda nə dərəcədə tələbat olduğunu, kirayə üçün uyğunluğunu və qısa müddətdə kirayəyə verilməsinin mümkünlüyünü müəyyənləşdirmək lazımdır.

Qeyri-yaşayış sahəsi alarkən isə onun gəlirlilik potensialı, qarşısından keçən insanların sayı, müştəri axını və bazara çıxarıldıqda nə qədər qısa müddətdə satıla biləcəyi nəzərə alınmalıdır.

O vurğulayıb ki, istər mənzil, istərsə də qeyri-yaşayış sahəsi alarkən yerləşmə əsas meyarlardan biridir. Əmlakın yerləşdiyi ərazi Bakı şəhərinin Baş Planına uyğun olaraq gələcəkdə inkişafı nəzərdə tutulan zonalara daxil olarsa, bu, onun investisiya potensialına müsbət təsir göstərə bilər\referans media\