Fransa prezidenti Çin prezidenti Si Cinpinlə görüşündə Çin ilə Avropa İttifaqı arasında gələcək qarşılıqlı faydalı münasibətlərin təməlini qoymağı planlaşdırır.
“Cagdas.az” bildirir ki, “South China Morning Post” (SCMP) qəzetinin Yelisey Sarayındakı mənbəyə istinadən verdiyi məlumat görə, Fransa prezidenti Emmanuel Makron 3-5 dekabr tarixlərində Çinə səfəri zamanı Çin ilə Avropa İttifaqı arasında gələcək qarşılıqlı faydalı münasibətlərin təməlini qoymaq niyyətindədir və Pekinin AB-ni əsas tərəfdaş kimi görməsini təmin edəcək.
Mənbə jurnalistlərə bildirib ki, “Makronun Prezident Si Cinpinlə strateji söhbətinin məqsədi Avropanın gərginlik vəziyyətində dəyişən tərəfdaş kimi deyil, Çin üçün əsas tərəfdaş kimi hörmət edilməsini təmin etməkdir”.



