Son dəqiqə
Vens: “İran müharibəsi ilə bağlı mənim vəzifəm prezidentə dəstək olmaqdır” Pezeşkian: “İranda səssiz müharibə gedir, iqtisadi savaş daha çətindir” Məşhur iqtisadçı ABŞ-ı Rusiya ilə bağlı siyasətini dəyişməyə çağırdı Ceffri Saks: Putin, Tramp və Si Cinpin BMT islahatlarının əsasını qoydu Milyonlarla insanı maraqlandıran sualın cavabı tapıldı – Bel ağrısının səbəbi nədir? Artıq hər kəs superhaker ola bilər: Dünya kibertəhlükəsizlik böhranı ilə üz-üzədir Dünya iqtisadiyyatı təhlükə qarşısındadır – KİV Türkiyə böyük oyunun üstünü açdı – ABŞ, İsrail və Yunanıstan izi! Paytaxtda kirayə mənzillər sürətlə bahalaşır – FOTO Beş ildə 47 faizdən çox azalma: Qubanın alma bağları niyə kiçilir? – FOTO

Vens: “İran müharibəsi ilə bağlı mənim vəzifəm prezidentə dəstək olmaqdır”

Dünya

ABŞ-ın vitse-prezidenti Vens İranla bağlı mümkün yeni hərbi əməliyyat məsələsində qərarın prezident Donald Trampa aid olduğunu bildirib.

Çağdaş.Azxarici KİV-ə istinadə xəbər verir ki, Vens cümə günü Ağ Evdə keçirilən brifinq zamanı jurnalistlərin “İranla bağlı yenidən müharibəyə başlamaq imkanınız olsaydı, bunu edərdinizmi?” sualından yayınaraq bildirib ki, belə qərarı yalnız prezident verə bilər.

“Dediyim budur ki, İranın nüvə silahı əldə etməsinin qarşısını almaq məqsədi tamamilə yerinə yetirməli olduğumuz bir vəzifədir. İran dünyanın ən böyük terror dəstəkləyən dövlətlərindən biridir. Əgər onlar nüvə silahına sahib olsalar, bundan təzyiq vasitəsi kimi istifadə edə bilərlər və ya Allah eləməsin, minlərlə, hətta yüz minlərlə günahsız insanı öldürə biləcək hücuma keçə bilərlər”, – deyə Vance Donald Trampın yanında çıxış edərkən bildirib.

Vitse-prezident əlavə edib ki, bu məsələdə son qərarı ABŞ prezidenti verir.

“Mənim düşüncəm budur ki, məqsədim və vəzifəm ABŞ prezidentinə dəstək olmaqdır”, – deyə Vens vurğulayıb.

Qeyd edək ki, ABŞ-da keçirilən seçkilərdən sonra Respublikaçılar Partiyasının məğlubiyyətləri fonunda Vens sosial şəbəkədə uzun paylaşım edərək bu nəticələrdə İran müharibəsinin rolunu qeyd etmişdi.

Donald Tramp cümə günü Vensin paylaşımını “çox dəqiq açıqlama” adlandırıb və bununla bağlı heç bir narahatlığının olmadığını bildirib. Bununla belə, Tramp dəfələrlə vurğulayıb ki, Vensin fərqli edə biləcəyi məsələlərdən biri müharibənin yenidən başlanmasına ehtiyac yaranacağı halda bunu dəstəklədiyini açıq şəkildə bildirmək idi.

Tramp Ağ Evdəki brifinq zamanı bu fikrini yenidən səsləndirib:
“Mən daha bir şeyi əlavə edərdim. Soruşardım ki, bunu yenidən edərdinizmi? Cavab isə mütləq şəkildə ‘bəli’ olardı”, – deyə ABŞ prezidenti bildirib.

Xatırladaq ki, Tramp bu ayın əvvəlində Vance-i İranla bağlı danışıqlardakı rolundan geri çəkərək onun diqqətini Demokratların idarə etdiyi şəhər və ştatlarda olduğu iddia edilən korrupsiya və cinayət məsələlərinə yönəltmişdi.