Son dəqiqə
Prezident gözlənilən ŞAD xəbəri elan etdi – Nələr dəyişəcək? Keçmiş məmurların cəzaları azaldıldı – Azadlığa çıxırlar Azərbaycanda bələdiyyə sədri icra başçısının müavini oldu Milli Məclis radiorabitə ilə bağlı sənədi təsdiqlədi Dövlət investisiyaları artır, maliyyə nəzarəti də güclənməlidir – komitə sədri “Terminal işləmir” bəhanəsi ilə nağd pul istəyirlər? – Obyektləri bu cəza gözləyir Qızıl ucuzlaşır, Azərbaycanın valyuta ehtiyatları azalır Şamaxıda ŞOK MƏNZƏRƏ: Cəmi 5 dəqiqəlik yağış rayonu BATAQLIĞA ÇEVİRDİ — VİDEO Zelenski əlini sıxmayan Kralın ayağına tüpürdü? – VİDEO Milyonlarla insana şad xəbər – Pensiya və müavinətlər…

90 minə yaxın BYD avtomobili geri çağırılır – SƏBƏB

Dünya

Çinli avtomobil nəhəngi BYD 2021-ci ilin əvvəlindən 2023-cü ilin payızınadək istehsal olunmuş 89 min ədəd “Qin Plus DM” hibrid avtomobilini daxili bazarda geri çağırmaq qərarı verib.

Cagdas.az xarici mətbuata istinadən xəbər verir ki, geri çağırmaya səbəb bəzi avtomobillərdə batareya modullarının səhv yığılması ehtimalıdır. Bu nasazlıq nəticəsində avtomobilin çıxış gücü azala və ekstremal rejimlərdə tam elektriklə hərəkət funksiyası gözlənilmədən dayana bilər. Bu isə təhlükəsizlik baxımından risk yaradan hal kimi qiymətləndirilir.

Məlumata görə, dilerlər geri çağırılan avtomobillərin sahibləri ilə əlaqə saxlayaraq proqram təminatının yenilənməsinin zəruri olduğunu bildirəcəklər. Bütün texniki xidmət və yeniləmə işləri ödənişsiz həyata keçiriləcək./Manset.az/