Son dəqiqə
Metroda gediş haqqı artırılacaq? – RƏSMİ “İndi də əlimdə fırça eskiz üzərində işləyirəm” – Fərhad Xəlilov Bu ordeni hazırlayanda düşünməzdim ki, özüm alacağam – Fərhad Xəlilov Bakının üçüncü yerüstü metro stansiyası 2028-ci ildə açılacaq Azərbaycanlıların olduğu gəmi Qara dənizdə batıb Azərbaycanla Hindistan arasında birbaşa uçuşların sayı artırılacaq Hindistan Azərbaycan və Ermənistan arasında sülh prosesini alqışlayır Azərbaycanla Hindistan əməkdaşlığı genişləndirə bilər – XİN rəhbəri Milli Məclisin növbəti iclasının vaxtı məlum olub Məhsul şəhadətnaməsi üzrə xüsusi qeyd dərhal icra olunacaq

Bəzi yerlərdə qarın hündürlüyü 3 sm-ə çatıb – FAKTİKİ HAVA

Cəmiyyət

Yağan qarın hündürlüyü Şahdağda 3, Qrız (Quba) və Lazada (Qusar) 2 sm-dir.

“Cagdas.az” xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin dekabrın 3-ü saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, dağlıq ərazilərdə – Kəlbəcər, Laçın, Şahdağ, Daşkəsən, Gədəbəy, Xınalıq (Quba), Qrız(Quba), Lazada(Qusar) qar yağır.

Düşən yağıntının miqdarı Qobustanda 14, Şamaxıda 12, Bakıda və Abşeron yarımadasında 5, Şəkidə 4, Xızı və Göyçayda 3, Şabran və Qubada 2, İsmayıllı, Goranboy, Şəmkir, Gəncə, Sarıbaş (Qax), Culfa, Astara, Mingəçevir, Yevlax, Kürdəmir, Sabirabad, Naftalan, Tərtər, İmişli, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzulidə 1 mm-dir.

Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir, küləyin sürəti arabir 17 m/s-dək güclənir.

Şamaxı, Xızı, Naxçıvan, Quba, Qusar, Yevlax, Göyçay, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.