Beynəlxalq Valyuta Fondunun (BVF) İcraiyyə Şurası Ukraynaya yeni kredit proqramı çərçivəsində 690 milyon ABŞ dolları məbləğində növbəti maliyyə tranşının ayrılmasını təsdiqləyib.
Çağdaş.Az xəbər verir ki, BVF-nin yaydığı məlumata görə, qurumun ekspertləri Ukrayna üçün nəzərdə tutulan 8,1 milyard dollarlıq, 4 illik Genişləndirilmiş Maliyyələşdirmə Proqramı (EFF) üzrə ilk icmalı uğurla başa çatdırıblar.
Bəyanatda bildirilir ki, bunun nəticəsində Ukraynaya 503 milyon SDR (təxminən 690 milyon ABŞ dolları) həcmində vəsaitin dərhal ayrılmasına qərar verilib.
BVF qeyd edib ki, Ukraynanın proqram çərçivəsindəki fəaliyyətinin nəticələri ümumilikdə qənaətbəxş qiymətləndirilib.
Xatırladaq ki, sözügedən tranşın ayrılması ilə bağlı ilkin razılıq bu il iyunun 12-də əldə olunmuşdu.
















