Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

ABŞ-dan Zelenskiyə kompromis: Donbası ver, şərqdə “azad zona” qur

Dünya

Ukrayna Prezidenti Vladimir Zelenski cümə axşamı bildirib ki, Kiyev müharibənin bitməsi üçün ABŞ-a yenilənmiş 20 bəndlik təklif paketi təqdim edib. Onun sözlərinə görə, danışıqlarda ən ciddi anlaşılmazlıq hələ də ərazi məsələsi ətrafında qalır.

Cagdas.az bildirir ki, Zelenski Kiyevdə jurnalistlərlə söhbətində qeyd edib ki, ABŞ kompromis variant kimi Donbasın Ukrayna nəzarətində olan hissəsində “azad iqtisadi zona” yaradılmasını təklif edir. Moskva isə həmin ərazilərin Ukrayna tərəfindən boşaldılmasını tələb edir.

“Onlar bunu belə görürlər: guya Ukrayna qoşunları Donetsk vilayətindən çıxır, qarşılığında isə Rusiya ordusu həmin hissəyə daxil olmur. Amma həmin ərazini kimin idarə edəcəyini bilmirlər.” deyə Zelenski bildirib. O əlavə edib ki, Rusiya bu təklifi “demilitarizasiya olunmuş zona” kimi təqdim edir.

Prezidentin sözlərinə görə, torpaq məsələsində hələ də ortaq mövqe yoxdur və istənilən ərazi güzəşti ilə bağlı qərara ukraynalılar referendumda səs verməlidirlər.

Kiyev hazırda ABŞ-ın dəstəklədiyi 28 bəndlik planı balanslaşdırmağa çalışır. Çünki həmin sənədin ilkin variantı Ukraynada Moskvaya həddindən artıq güzəştli hesab olunurdu.
Zelenski onu da deyib ki, danışıqlarda Rusiyanın Xarkov və Sumı vilayətlərinin bəzi ərazilərindən, həmçinin Dnepropetrovsk vilayətinin müəyyən hissələrindən geri çəkilməsi də müzakirə olunur. O qeyd edib ki, Zaporojye və Xersonun qismən işğal altında olan bölgələrində təmas xətti olduğu kimi dondurulacaq.

ABŞ həmçinin hazırda Rusiya nəzarətində olan və Avropanın ən böyük nüvə obyekti sayılan Zaporojye Atom Elektrik Stansiyasının birgə idarə olunmasını da təklif edib. Rusiya isə stansiyanın özünün nəzarətində qalmasını istəyir./Reuters/