Son dəqiqə
Stressin bədənə təsiri: Diqqətdən qaçan 7 əlamət Bakıda fantastik qiymətə “06” satılır – 89 MİN MANAT! Səddam Hüseynin təyyarəsi 900 min dollara satılır İstanbulda aslan həyəcanı: Qaçan aslanın sahibi “Qalatasaray”ın ulduzudur? Futbolçunun görüntüləri yayıldı – VİDEO Qurban Qurbanov baş məşqçi kimi 900-cü oyununa çıxıb Səbail və Yasamal sakinlərinin diqqətinə: Su kəsiləcək Polkovnik-leytenant “Bakı Bus”da sürücü işləyir – VİDEO Apteklərdə oftalmoloji müayinə aparanlarla bağlı xəbərdarlıq Prodüser Elmir Məhərrəmovun meyiti tapıldı Prezident hərbçilərə xüsusi rütbələrin verilməsi qaydasını dəyişdi

ABŞ, İsrail və BƏƏ birləşdi – Nə baş verir?

Dünya

ABŞ, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və İsrail texnologiya və iqtisadi əməkdaşlığın inkişafına həsr olunmuş ilk üçtərəfli danışıqlarını keçirib.

Referans Media xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin iqtisadi artım, energetika və ətraf mühit məsələləri üzrə müavini Ceykob Helberq sosial şəbəkə hesabında məlumat verib.

Onun sözlərinə görə, görüş “Pax Silica” texnoloji alyansının ikinci sammiti çərçivəsində baş tutub.
Qeyd edək ki, “Pax Silica” ABŞ-nin təşəbbüsü ilə yaradılmış platformadır. Layihə yarımkeçiricilər, strateji əhəmiyyətli faydalı qazıntılar, enerji resursları və süni intellekt texnologiyaları sahəsində innovativ istehsal və təchizat zəncirlərinin formalaşdırılmasını hədəfləyir.

Alyansa Avropa İttifaqı ölkələri, Böyük Britaniya, Avstraliya, Hindistan, İsrail, BƏƏ, Cənubi Koreya, Yaponiya, Qətər və digər böyük iqtisadiyyatlar daxildir.