Son dəqiqə
Təhlükəli virus yenidən qayıdır? – Yoluxanların hamısı kişilərdir Azərbaycanda ezamiyyətlə bağlı qaydalar dəyişdi – ödənişlərə təsir edəcək? Pensiya, təqaüd və sosial yardımlar BU TARİXDƏ ÖDƏNİLƏCƏK 12 oktyabrda HAVA BELƏ OLACAQ Məktəbli uşağı olan şəxslərə ŞAD XƏBƏR – Nazirlik AÇIQLADI Yatmazdan əvvəl yemək qəbul etmək sirroz riskini 28% artırır Sarımsaq qadınları ram etməyə kömək edirmi? – ARAŞDIRMA Şahzadə Harri bu etiraflarına görə 100 min dollar qazandı Oktyabr 4 BÜRCƏ qeyri-adi uğur gətirəcək Daşqınlar, dəhşətli isti və yanğınlar: 2027-ci ildə hansı ölkələr təbii fəlakətlərlə üzləşəcək?
Reklam
Reklam

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurdu

Dünya

ABŞ ordusu Oman körfəzində İrana qarşı dəniz blokadasını pozmağa cəhd etdiyi iddia edilən ticarət gəmisinə zərbə endirib.

Çağdaş.Az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

“ABŞ qırıcı təyyarəsi Panama bayrağı altında üzən “M/V Ocean Molica” (“Arika Sun” kimi də tanınır) yük gəmisinin arxa hissəsini dəqiq idarə olunan sursatla vuraraq onun hərəkət sistemini sıradan çıxarıb. Zərbə nəticəsində heyət üzvlərinə zərər dəyməyib. İran limanından yola düşən böyük yük gəmisi regional sulardan keçməyə çalışırdı”, – deyə CENTCOM-un açıqlamasında bildirib.

Komandanlığın məlumatına görə, iyulun ortalarında İrana qarşı blokadanın yenidən tətbiqindən sonra ABŞ qüvvələri 4 ticarət gəmisini sıradan çıxarıb və daha 135 gəminin istiqamətini dəyişib.