• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9934
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Dünya

ABŞ səmasında naməlum obyekt: Pilotdan şok xəbər

24 Dekabr, 25 / 16:31
A A

ABŞ-ın Rod-Aylend ştatı üzərində uçuş həyata keçirən özəl təyyarənin pilotu uçuş zamanı təyyarənin dərhal yaxınlığında naməlum bir obyekt gördüyünü bildirərək hava hərəkətinə nəzarət xidməti (ATC) ilə əlaqə saxlayıb. Hadisə pilotla dispetçer arasında baş tutan radio danışığının səs yazısının yayılmasından sonra gündəmə gəlib.

Cagdas.az xəbər verir ki, pilotun sözlərinə görə, naməlum obyekt təyyarənin sol tərəfində, qanada olduqca yaxın məsafədə görünüb. Obyektin kiçik ölçülü, gümüşü rəngdə və silindr formasında olduğunu deyən pilot, cismin hərəkətsiz göründüyünü və ya təyyarə ilə müqayisədə eyni mövqedə qaldığını bildirib. Pilot əlavə edib ki, obyekt üzərində qanad, pərvanə, ip və ya buna bənzər hər hansı bir bağlayıcı detal müşahidə etməyib.

Radio əlaqəsi zamanı pilot bunun dron və ya hava şarı olduğunu düşünmədiyini xüsusi vurğulayıb. Obyektin ölçü və formasının tanınan uçuş aparatlarına uyğun gəlmədiyini, bu səbəbdən nə olduğunu müəyyən edə bilmədiyini deyib.

Hava hərəkətinə nəzarət xidməti pilotun bildirdiyi ərazidə digər təyyarələrdən oxşar məlumat daxil olmadığını və radar sistemlərində qeyri-adi hər hansı bir obyektin qeydə alınmadığını açıqlayıb. Dispetçerlər pilotun müşahidəsini təsdiqləyəcək əlavə məlumatın olmadığını bildiriblər. Səs yazısında nəzarətçilərdən birinin vəziyyəti yumşaltmaq məqsədilə zarafatla “Yadplanetlilərə uğurlar” dediyi də eşidilir.

Pilot bir müddət sonra naməlum cismin görmə sahəsindən itdiyini və uçuşun heç bir problem yaşanmadan davam etdiyini qeyd edib. Hadisə zamanı təyyarədə sərnişin olub-olmaması ilə bağlı rəsmi məlumat verilməyib.

Baş verən olaydan sonra ABŞ Federal Aviasiya Administrasiyası (FAA) və ya digər rəsmi qurumlar məsələ ilə bağlı açıqlama yaymayıb. Görülən obyektin təbii hadisə, yoxsa insan tərəfindən hazırlanmış bir qurğu olub-olmadığı hələlik dəqiqləşdirilməyib.

Son illər ABŞ hava məkanında pilotlar tərəfindən bildirilən “naməlum hava hadisələri” ilə bağlı məlumatların artdığı diqqətə çatdırılır. Mütəxəssislər isə bu cür müşahidələrin əksəriyyətinin sonradan hava şarı, dron və ya optik illüziya kimi səbəblərlə izah edildiyini bildirirlər.

Bənzər Xəbərlər

Dünya

Tramp: “İrandan tez çıxıb problemin yenidən yaranmasına imkan verməyəcəyik”

May 2, 2026
Dünya

Xamenei: İran iqtisadi və mədəni sahədə də düşmənlərini ümidsizliyə salmalıdır

May 2, 2026
Dünya

ABŞ Almaniyadakı 5 min hərbçisini geri çəkir

May 2, 2026
Dünya

İranda partlayış: 14 hərbçi öldü

May 2, 2026
Dünya

ABŞ-dən xəbərdarlıq: İrana ödəniş edənlərə sanksiya tətbiq olunacaq

May 2, 2026
Dünya

2026-cı ilin ilk rübündə Türkiyəyə 9,2 milyon xarici turist səfər edib

May 2, 2026

XƏBƏR LENTİ

Tramp: “İrandan tez çıxıb problemin yenidən yaranmasına imkan verməyəcəyik”

02 May, 26 / 21:21

Xamenei: İran iqtisadi və mədəni sahədə də düşmənlərini ümidsizliyə salmalıdır

02 May, 26 / 20:56

ABŞ Almaniyadakı 5 min hərbçisini geri çəkir

02 May, 26 / 20:30

İranda partlayış: 14 hərbçi öldü

02 May, 26 / 20:03

Mayda evlənənlər bədbəxt olur? – ŞOK AÇIQLAMA

02 May, 26 / 19:37

ABŞ-dən xəbərdarlıq: İrana ödəniş edənlərə sanksiya tətbiq olunacaq

02 May, 26 / 19:09

Azərbaycanda həbs qətimkan tədbiri ilə bağlı yeni qaydalar hazırlanacaq

02 May, 26 / 18:44

Elçin Əmirbəyov: Azərbaycan-İtaliya enerji əməkdaşlığının strateji əhəmiyyəti daha da aydın şəkildə üzə çıxıb

02 May, 26 / 18:15

Dünən vəfat edən həkimin ölüm səbəbi bilindi

02 May, 26 / 17:47

2026-cı ilin ilk rübündə Türkiyəyə 9,2 milyon xarici turist səfər edib

02 May, 26 / 17:25
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.