Son dəqiqə

ABŞ və İsrailin BMT-dəki səfirləri Livan sərhədinə səfər edib

Dünya

İsrailin BMT-dəki səfiri Denni Danon X sosial şəbəkəsində paylaşım edərək bildirib ki, o və ABŞ nümayəndəsi Mayk Volts işğal altında olan Qolan təpələri də daxil olmaqla İsrailin şimal sərhəd bölgələrinə səfər edib.

Cagdas.az xəbər verir ki, bu səfər bir neçə gün əvvəl BMT Təhlükəsizlik Şurasının nümayəndə heyətinin Livana səfərindən sonra baş tutub. Həmin nümayəndə heyəti İsrail və “Hizbullah”ı bir il əvvəl əldə olunmuş atəşkəs razılaşmasına əməl etməyə çağırmışdı.

Buna baxmayaraq, İsrail razılaşmanı dəfələrlə pozub. Son olaraq bazar ertəsi gecə saatlarında Livanın cənubuna hava zərbələri endirib.