Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə mütəmadi əlaqə saxladığını açıqlayıb.
Cagdas.az Ermənistan mediasına istinadən xəbər verir ki, Simonyan bunu parlamentdə jurnalistlərə danışarkən deyib.
“Hikmət Hacıyevlə danışmışam. Onun telefon nömrəsi məndə, mənim nömrəm isə ondadır. Biz iki gündən bir əlaqə saxlayırıq”, – deyə erməni rəsmisi bildirib.
Simonyanın sözlərinə görə, tərəflər arasındakı söhbətlərin əsas mövzusu sülh prosesinin qorunması və bunun üçün zəruri addımların atılmasıdır.
Xatırladaq ki, sentyabrın 1-də Bişkekdə Alen Simonyanla Hikmət Hacıyev arasında görüş keçirilmiş, tərəflər Azərbaycan–Ermənistan sülh gündəliyi ətrafında müzakirələri davam etdirmişdilər.\modern.az\
















