Son dəqiqə
Alim: Süni intellekt ölümcül virus yaratmaqla bəşəriyyətə qalib gələ bilməz Pakistanın Əfqanıstana endirdiyi hava zərbələri nəticəsində azı 9 nəfər ölüb Putin: Rusiya ilə Çin arasında münasibətlər tarixdə görünməmiş yüksək səviyyədədir Xəyal dünyasında yaşayan 3 bürc: Ayaqları yerə dəymir Arıqlama dərmanı xərçəng riskini artırır? – Alimlərdən açıqlama “Qarabağ”ın futbolçusu Kərbəla ziyarətinə getdi – GÖRÜNTÜ ASELSAN Naxçıvanda zavod açacaq Oktyabrın ilk günlərində temperatur 5-8 dərəcə enəcək Azərbaycan və Özbəkistan arasında hərbi əməkdaşlıq planı imzalandı Pul köçürmələrində yeni hədd aylıq 50 min manata qaldırıldı
Reklam
Reklam

Almaniyanın Kansleri Fridrix Merts Prezident İlham Əliyevə zəng edib

Manşet

Almaniyanın Kansleri Fridrix Merts Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Cagdas.az xəbər verir ki, Fridrix Merts, ilk növbədə, Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyinin irəli aparılması istiqamətində əldə olunmuş nailiyyətlər münasibətilə təbriklərini çatdırıb. Kansler Almaniyanın regionda sabitliyi dəstəklədiyini vurğulayıb.

Təbriklərə görə minnətdarlığını bildirən dövlət başçısı Azərbaycanın regional sülh təşəbbüslərinin müəllifi olduğunu qeyd edib.

Prezident İlham Əliyev Azərbaycanın regionda davamlı sülhün təmin olunması və möhkəmləndirilməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcəyini bildirib.

Telefon danışığı zamanı Azərbaycanla Almaniya arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Kansler Fridrix Merts İlham Əliyevi Almaniyaya səfərə dəvət edib. Dəvəti məmnunluqla qəbul edən Prezident İlham Əliyev öz növbəsində Almaniya Kanslerini Azərbaycana səfərə dəvət edib. Fridrix Merts də dəvəti məmnunluqla qəbul edib.