Son dəqiqə
Əlilliyi olan şəxslərin məşğulluğu ilə bağlı son statistika Pensiyaya çıxan dövlət qulluqçularına 6 maaşlıq ödəniş olunacaq Dövlət qulluğu ilə bağlı məhdudiyyətlər müəyyənləşir Dövlət qulluqçusu artıq işləsə, əlavə pul alacaq Bu dövlət qulluqçularını işdən çıxarmaq mümkün olmayacaq Dövlət qulluqçuları 65 yaşdan sonra da işləyə biləcəklər – ŞƏRTLƏR Dövlət müəssisələrinin satınalmalarla bağlı yeni qaydalar hazırlanacaq Terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə gücləndirilir Bəzi dövlət şirkətlərinin satınalma qaydaları dəyişir Sumqayıtda peşə məktəbinin yerində yaşayış binası tikilir? – Rəsmi CAVAB
Reklam
Reklam

Pensiyaya çıxan dövlət qulluqçularına 6 maaşlıq ödəniş olunacaq

Cəmiyyət

Azərbaycanda dövlət qulluqçularının pensiya yaşına çatdıqda alacağı ödənişlə bağlı qaydaların Dövlət Qulluğu Məcəlləsində ayrıca təsbit edilməsi nəzərdə tutulur.

Cagdas.az xəbər verir ki, Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan Dövlət Qulluğu Məcəlləsinin layihəsinə əsasən, dövlət qulluqçusu pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan ayrıldıqda və ya dövlət qulluğunda olmanın yaş həddinə çatdığı üçün onun qulluğuna xitam verildikdə birdəfəlik haqq ala bilər.

Layihəyə görə, dövlət qulluqçusu hesablamanın hansı dövr üzrə aparılmasını özü seçəcək. Birdəfəlik ödəniş ya onun dövlət qulluğunun son 24 ayı, ya da seçdiyi ardıcıl 60 ay ərzində aldığı dövlət məvacibinin orta aylıq məbləği əsasında hesablanacaq. Ödəniş orta aylıq dövlət məvacibinin 6 misli həcmində olacaq.

Mühüm məqamlardan biri də odur ki, həmin birdəfəlik haqdan vergi, məcburi dövlət sosial sığorta haqqı və digər icbari ödənişlərin tutulmaması nəzərdə tutulur.

Məcəllə layihəsində pensiya təminatı ilə bağlı başqa bir sosial təminat da yer alıb. Pensiya yaşına çatdığına və ya əlilliyinə görə öz təşəbbüsü ilə dövlət qulluğundan çıxan, tələb olunan minimum qulluq stajına malik olan, lakin əmək pensiyası almaq hüququ qazanmayan dövlət qulluqçusuna ömürlük müavinət təyin edilməsi nəzərdə tutulur. Həmin müavinətin məbləğinin fəaliyyətdə olan dövlət qulluqçularının dövlət məvacibindəki sonrakı artımlara uyğun yenidən hesablanması da layihədə əksini tapıb.