Pakistan ordusunun Əfqanıstan ərazisinə endirdiyi hava zərbələri nəticəsində azı 9 nəfər həlak olub, 11 nəfər isə yaralanıb.
Çağdaş.Az xəbər verir ki, bu barədə Əfqanıstanda hakimiyyətdə olan “Taliban” hökumətinin sözçüsü Zəbihullah Mücahid məlumat verib.
Onun “X” sosial şəbəkəsindəki paylaşımına görə, Pakistan hərbi qüvvələri Əfqanıstanın Kunar və Helmand əyalətlərinə zərbələr endirib. Hücumlar nəticəsində mülki şəxslər həlak olub, üç bina isə dağılıb.
Sentyabrın 24-də Əfqanıstan Xarici İşlər Nazirliyi Pakistanın sərhədyanı Kandahar, Xost və Paktia əyalətlərini bombalamasından sonra Pakistanın Kabildəki müvəqqəti işlər vəkilini nazirliyə çağırıb.
Rəsmi Kabulun bu addımı iki ölkə arasında sərhəd bölgələrində davam edən gərginliyin növbəti təzahürü olub.


