• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
13.5° Weather Columbus
$
1.7
€
1.9613
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Avropa Ermənistana qapıları açır, amma şərtləri var

15 Sentyabr, 26 / 15:26
A A

Avropa İttifaqı Ermənistandan idxal edilən malların təxminən 80 faizinə tətbiq olunan gömrük rüsumlarını müvəqqəti ləğv etməyə hazırlaşır. Lakin İrəvan bunun müqabilində bir sıra öhdəliklər götürməli olacaq və gələcəkdə Brüsselin tələbləri ticarət sahəsindən kənara da çıxa bilər.

Cagdas.az xəbər verir ki, bu barədə “İzvestiya” məlumat yayıb.

Sentyabrın 15-də Avropa Parlamentində Ermənistanla ticarətin liberallaşdırılması məsələsinin səsverməyə çıxarılması gözlənilir. Ermənistan ixracının bir hissəsinə rüsumların ləğv edilməsi təşəbbüsü bundan əvvəl Aİ Şurası tərəfindən dəstəklənib. Qaydaların qüvvəyə minməsindən sonra güzəştlərin iki il tətbiq olunması nəzərdə tutulur.

Brüsseldə hesab edirlər ki, bu addım erməni istehsalçılarına ixracın bir hissəsini Avropa bazarına yönəltməyə imkan verə bilər.

Ancaq güzəştlər şərtsiz olmayacaq.

Layihəyə əsasən, Ermənistan ixrac etdiyi malların mənşəyini təsdiqləməli, yoxlamalar zamanı Aİ gömrük qurumları ilə əməkdaşlıq etməli və Avropa məhsullarının Ermənistan bazarına daxil olması qarşısında yeni maneələr yaratmamalıdır.

İrəvanın üzərinə götürdüyü öhdəlikləri pozması halında Aİ güzəştli rejimi dayandıra biləcək.

Avropa Parlamentinin Lüksemburqdan olan deputatı Fernand Kartayzer isə gələcəkdə Brüsselin Ermənistandan sırf iqtisadi xarakter daşımayan addımlar da tələb edə biləcəyini istisna etməyib.

“Hələlik Aİ-nin bu məsələ çərçivəsində Ermənistandan Rusiyaya qarşı addımlar tələb edəcəyini gözləmirəm. Lakin gələcəkdə Ermənistandan belə tədbirlər görməsinin istəniləcəyinə şübhə etmirəm. Çünki Ermənistan Aİ-nin ümumi xarici və təhlükəsizlik siyasətinə yaxınlaşmaq öhdəliyi götürüb”, – avropalı deputat bildirib.

Hazırkı mexanizm Avropa mallarının Ermənistana rüsumsuz daxil olması demək deyil. İrəvan yalnız Avropa məhsullarına qarşı yeni gömrük rüsumları və maneələr yaratmamağı öhdəsinə götürür.

Lakin Ermənistanla Aİ arasında iqtisadi inteqrasiya gələcəkdə daha dərin mərhələyə keçərsə, məsələ Ermənistanın Avrasiya İqtisadi İttifaqı (Aİİ) qarşısındakı öhdəlikləri ilə toqquşa bilər.

Ekspertlərin fikrincə, Avropa məhsullarının Ermənistan üzərindən digər Aİİ ölkələrinin bazarlarına rüsumsuz çıxmasının qarşısını almaq üçün ayrıca mexanizmlərə ehtiyac yarana bilər.\musavat.com\

Bənzər Xəbərlər

Cəmiyyət

Növbəti köç karvanı Xocavəndə çatdı

Sentyabr 15, 2026
Cəmiyyət

Bakı Türkiyə və İsrail arasında vasitəçilik edir – AÇIQLAMA

Sentyabr 15, 2026
Cəmiyyət

ABŞ vizası almaq istəyənlərin NƏZƏRİNƏ

Sentyabr 15, 2026
Cəmiyyət

Ramiz Mehdiyevin cinayət işində ŞOK ADLAR – məşhur siyasətçilər İFADƏ VERDİ – TV Musavat

Sentyabr 15, 2026
Cəmiyyət

Sabah Bakıda 33 dərəcə isti olacaq

Sentyabr 15, 2026
Cəmiyyət

İlham Əliyev onları qəbul etdi – FOTOLAR

Sentyabr 15, 2026

XƏBƏR LENTİ

Növbəti köç karvanı Xocavəndə çatdı

15 Sentyabr, 26 / 16:21

Bakı Türkiyə və İsrail arasında vasitəçilik edir – AÇIQLAMA

15 Sentyabr, 26 / 16:07

ABŞ vizası almaq istəyənlərin NƏZƏRİNƏ

15 Sentyabr, 26 / 15:54

Ramiz Mehdiyevin cinayət işində ŞOK ADLAR – məşhur siyasətçilər İFADƏ VERDİ – TV Musavat

15 Sentyabr, 26 / 15:39

Superliqanın ilk dövrəsində keçiriləcək derbilərin tarixləri AÇIQLANDI

15 Sentyabr, 26 / 15:32

Avropa Ermənistana qapıları açır, amma şərtləri var

15 Sentyabr, 26 / 15:26

Trabzonsporun yeni baş məşqçisi müəyyənləşdi: Tomas Reis bu gün Türkiyəyə gələcək

15 Sentyabr, 26 / 15:17

Sabah Bakıda 33 dərəcə isti olacaq

15 Sentyabr, 26 / 15:13

İlham Əliyev onları qəbul etdi – FOTOLAR

15 Sentyabr, 26 / 14:58

Müdafiə Nazirliyi təcili MƏLUMAT YAYDI

15 Sentyabr, 26 / 14:46
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.