Son dəqiqə
Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq Sovet dövrünün binaları dövlət hesabına təmir olunsun – Deputat Prezidentin sosial şəbəkə hesablarına hücumun detalları açıqlanıb Nəsimi Musayevin məhkəməsinin yeri bilindi – İrəvanda olmayacaq Ölkələr Rusiya ilə əməkdaşlığı bərpa edir: BMT-də yeni vəziyyət Gənclərin ipoteka problemi parlamentə DAŞINIR Hakan Fidan Brüsseldə almaniyalı həmkarı ilə görüşüb Əhaliyə şad xəbər: qaz və işıq limitlərinə yenidən baxılması MÜZAKİRƏ EDİLİR Bakıda 5 milyonluq əmlak sahibindən xəbərsiz söküldü – Amma gör kimi məhkəməyə veriblər!

Avropa Ermənistanı aldadacaq – Lavrov

Cəmiyyət

Rusiya xarici işlər naziri Sergey Lavrov Avropa İttifaqının Ermənistanın avrointeqrasiyası ilə bağlı verdiyi vədləri yerinə yetirəcəyinə şübhə etdiyini bildirib.

Cagdas.az xəbər verir ki, Lavrovun sözlərinə görə, Brüssel Avropaya inteqrasiya məsələsində Ermənistanı “böyük ehtimalla aldadacaq”.

O qeyd edib ki, Aİ-nin Ermənistanla bağlı vədlərinin nə dərəcədə reallaşacağı sual altındadır.

Lavrovun fikrincə, Ermənistanın Avropaya inteqrasiya istiqamətində atdığı addımlar ölkənin xarici siyasətində dəyişikliklərdən xəbər verir. Rusiya XİN rəhbəri Moskvanın İrəvanın Aİ ilə münasibətlərinin inkişafını diqqətlə izlədiyini də vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Aİ-nin Ermənistan üçün vəd etdiyi “möhtəşəm Avropa gələcəyi” ilə bağlı açıqlamalarını “efemer”, yəni reallıqdan uzaq adlandırmışdı\modern.az\