Macarıstanın Baş naziri Peter Magyar avqustun 2-də Pakş atom elektrik stansiyasının (AES) fəaliyyətini dayandırdığını elan edib.
Cagdas.az xəbər verir ki, o, bu barədə özünün Feysbuk səhifəsində yazıb.
Baş nazirin sözlərinə görə, bu, Dunay çayında suyun səviyyəsinin isti hava şəraiti ilə əlaqədar aşağı düşməsi ilə bağlıdır.
Qeyd edək ki, Mərkəzi Avropada baş verən anormal istilər və quraqlıq səbəbindən Dunay çayında suyun səviyyəsi tarixi minimum səviyyəyə düşüb.(sfera.az)
















