Son dəqiqə
Bəzi dövlət şirkətlərinin satınalma qaydaları dəyişir Sumqayıtda peşə məktəbinin yerində yaşayış binası tikilir? – Rəsmi CAVAB Sabahdan illik 20 min manatdan yuxarı elektron pul köçürmələri izlənəcək Rusiyalı ekspert: NATO Ukraynadan vasitəçi kimi istifadə etsə də, Rusiya ilə birbaşa toqquşmanın risklərini anlayır Bakının mərkəzi avtomobillərdən “təmizlənir” Sabahın havası: yağış, dolu, külək… Prezident və Birinci xanım beynəlxalq sərgidə Avtobus zolağına girən sürücülərə ciddi xəbərdarlıq Azərbaycanla Slovakiya məxfi məlumat mübadiləsi aparacaq Azərbaycanla Ukrayna arasında hökumət rabitəsi sazişi dəyişir
Reklam
Reklam

Avtobus zolağına girən sürücülərə ciddi xəbərdarlıq

Cəmiyyət

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) avtobusların hərəkətinə mane olunması faktları ilə bağlı sürücülərə müraciət edib.

Bu barədə Cagdas.az-a NİİM-dən məlumat verilib.

“Bir sürücünün zolağa daxil olaraq avtobusun hərəkətinə mane olması və qəza şəraiti yaratması həm avtobusda olan, həm də dayanacaqlarda gözləyən onlarla sərnişinin əlavə vaxt itirməsinə səbəb olur. Müşahidələr də onu deməyə əsas verir ki, xüsusilə nəqliyyat sıxlığının yarandığı və avtobus zolaqlarının təşkil edildiyi yollarda bəzi sürücülər sıxlıqdan yayınmaq məqsədilə həmin zolaqlara daxil olaraq avtobusların hərəkətinə çətinlik yaradırlar. Eyni zamanda avtomobillərinin sürücülərinin yaratdığı qəza şəraiti də marşurt avtobuslarının vaxtında dayancaqlara çatmasına mane olur.

Sürücülər bilməlidir ki, avtobusun hərəkətinə yaradılan hər bir maneə onun marşrut üzrə qrafikindən geri qalmasına, nəticədə isə digər dayanacaqlarda sərnişinlərin daha uzun müddət gözləməsinə gətirib çıxarır. DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi bu məsələdə sürücüləri daha məsuliyyətli olmağa və qaydalara əməl etməyə çağırır”.