Son dəqiqə
Bəzi dövlət şirkətlərinin satınalma qaydaları dəyişir Sumqayıtda peşə məktəbinin yerində yaşayış binası tikilir? – Rəsmi CAVAB Sabahdan illik 20 min manatdan yuxarı elektron pul köçürmələri izlənəcək Rusiyalı ekspert: NATO Ukraynadan vasitəçi kimi istifadə etsə də, Rusiya ilə birbaşa toqquşmanın risklərini anlayır Bakının mərkəzi avtomobillərdən “təmizlənir” Sabahın havası: yağış, dolu, külək… Prezident və Birinci xanım beynəlxalq sərgidə Avtobus zolağına girən sürücülərə ciddi xəbərdarlıq Azərbaycanla Slovakiya məxfi məlumat mübadiləsi aparacaq Azərbaycanla Ukrayna arasında hökumət rabitəsi sazişi dəyişir
Reklam
Reklam

Azərbaycanla Slovakiya məxfi məlumat mübadiləsi aparacaq

Cəmiyyət

Azərbaycanla Slovakiya arasında məxfi məlumatların mübadiləsi və qarşılıqlı qorunmasını nəzərdə tutan saziş təsdiqlənəcək.

Cagdas.az xəbər verir ki, bununla bağlı qanun layihəsi Milli Məclisin bu gün keçirilən payız sessiyasının ilk plenar iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, 2026-cı il iyulun 8-də Bakıda imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Slovakiya Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş” təsdiq ediləcək.

Saziş 17 maddədən ibarətdir. Sənədin məqsədi tərəflər arasında mübadilə edilən və ya yaradılan məxfi məlumatların mühafizəsini təmin etməkdir. Qanun layihəsi sentyabrın 16-da Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirə olunaraq plenar iclasa tövsiyə edilib.

Sazişə əsasən, Azərbaycan tərəfdən səlahiyyətli təhlükəsizlik orqanı Dövlət Təhlükəsizliyi Xidməti, Slovakiya tərəfdən isə Milli Təhlükəsizlik Qurumudur. Sənəd tərəflərin, eləcə də onların yurisdiksiyasına tabe olan müqavilə icraçılarının mübadilə etdiyi və ya yaratdığı məxfi məlumatların qorunmasını əhatə edir.