Son dəqiqə
Bəzi dövlət şirkətlərinin satınalma qaydaları dəyişir Sumqayıtda peşə məktəbinin yerində yaşayış binası tikilir? – Rəsmi CAVAB Sabahdan illik 20 min manatdan yuxarı elektron pul köçürmələri izlənəcək Rusiyalı ekspert: NATO Ukraynadan vasitəçi kimi istifadə etsə də, Rusiya ilə birbaşa toqquşmanın risklərini anlayır Bakının mərkəzi avtomobillərdən “təmizlənir” Sabahın havası: yağış, dolu, külək… Prezident və Birinci xanım beynəlxalq sərgidə Avtobus zolağına girən sürücülərə ciddi xəbərdarlıq Azərbaycanla Slovakiya məxfi məlumat mübadiləsi aparacaq Azərbaycanla Ukrayna arasında hökumət rabitəsi sazişi dəyişir
Reklam
Reklam

Sabahın havası: yağış, dolu, külək…

Cəmiyyət

Azərbaycanda oktyabrın 1-nə gözlənilən hava şəraitinin proqnozu açıqlanıb.

Cagdas.az  xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.

Havanın temperaturu gecə 16-19, gündüz 23-26 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 millimetr civə sütunu, nisbi rütubət gecə 60-65, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanda səhər şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-18, gündüz 24-28, dağlarda gecə 7-12, gündüz 16-21 dərəcə isti olacaq