Azərbaycanın yanacaq ixracı region ölkələrinin enerji bazarında mühüm rol oynamaqda, onların sosial-iqtisadi durumunun stabil qalmasında əsas rol oynamağa davam edir.
Cagdas.az xəbər verir ki, Gürcüstan 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycandan 234,2 milyon dollar dəyərində yanacaq və sürtkü materialları idxal edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23 faiz çoxdur. Bununla Azərbaycan Gürcüstana yanacaq tədarük edən ölkələr arasında ikinci yerdə qərarlaşıb.
Maraqlıdır ki, Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan da Azərbaycanın yanacaq tədarükünün ölkə bazarına təsirindən danışıb.
Nazirin sözlərinə görə, Azərbaycandan benzin və dizel yanacağının idxalı olmasaydı, Ermənistanda benzinin qiyməti daha ciddi şəkildə arta bilərdi. Papoyan bildirib ki, alternativ tədarük mənbəyinin olması qiymət artımının qarşısını almağa imkan verib.
Beləliklə, Azərbaycan husilərin Bab-əl-Məndəb boğazını və İranla ABŞ-nin Hörmüz boğazında gəmilərin keçidinə çətinlik yaratması ilə dünyada hiss olunan yanacaq bahalaşması fonunda həm Gürcüstan, həm də Ermənistanın enerji təminatında mühüm rol oynayır.\modern.az\
















